Azərbaycanlı fəal Əşkan Səadətmehr rejimin məmurları tərəfindən terrorla hədələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən 2018-ci il  noyabrın 20-də Urmiyada azərbaycanlı milli-mədəni fəal Əşkan Səadətmehr rejimin məmurları tərəfindən terrorla hədələndi.

Rejimin əmniyyət qüvvələri azərbaycanlı fəalı ETTELAAT İdarəsinə çağıraraq, onu hədələdilər və bildirdilər ki, əgər milli-mədəni fəaliyyətlərindən əl çəkməsə onu yox edəcəklər.

Qeyd edək ki, bu işğalçı fars rejimin məmurları tərəfindən azərbayanlı fəalın açıqcasına terrorla hədələnməsi deməkdir.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın