Azərbaycanlı fəal Cavad Əhmədi Yekanlı 20 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən çağırış vərəqəsilə Xoy Şəhər Polis İdarəsinin təhlükəsizlik bölməsinə çağırılan azərbaycanlı milli-mədəni fəal Cavad Əhmədi Yekanlı bu gün iyunun 29-u Xoy Şəhər Polis İdarəsinin təhlükəsizlik bölməsinə gedib.

Əldə etdiyimiz məlumata görə rejimin təhlükəsizlik qüvvələri milli fəala qarşı nalayiq və kobud ifadələr işlədərək, onu hədələmişlər. Əhmədi Yekanlı isə məmurlara onların davranışlarının, eləcə də məhkəmə qərarı olmadan təhlükəsizlik bölməsinə çağırılmasının qanunsuz olduğunu bildirib.

Rejimin məmurları azərbaycanlı fəalı sorğu-sual tutaraq, 2018-ci ilin iyul ayında keçirilməsi nəzərdə tutulan Babək Qalası Qurultayına çağırışın Abbas Lisani tərəfindən edilməsi barədə soruşublar.

Azərbaycanlı fəal isə bildirib ki, “iki il keçməsinə baxmayaraq, hələ də cənab Lisanini ittiham etmək üçün heç bir sübutunuz yoxdur” deyərək öz istəyi ilə Babək qalasına getdiyini bildirib.

Rejimin məmurları sonra azərbaycanlı milli-mədəni fəalı rejimin Xoydakı İnqilab Məhkəməsinin 3-cü şöbəsinə aparıblar. Məhkəmə isə fəalı şərləyərək “Sosial şəbəkələrdə çağırış edib və Babək qalası yürüşünə dəvət etməklə ictimai rəyi təhrik etmək”də ittiham edib.

Azərbaycanlı fəala zaminə buraxılması üçün 20 milyon tümən dəyərində mülki vəsiqə təyin edilib və fəal mülki vəsiqə qarşılığında zaminə buraxılıb.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın