Azərbaycanlı fəal Məhəmməd Dorostinin həbs cəzası ağır cəriməsi ilə əvəzləndi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Xoy şəhərindən olan azərbaycanlı milli-mədəni fəal Məhəmməd Dorostinin 6 aylıq həbs cəzası ağır cərimə ilə əvəzlənib.

Azərbaycanlı fəal bundan əvvəl rejimin Xoy şəhərində yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsində Azərbaycan Milli Hökumətinin yaradılmasının (1945-ci il) ildönümü ilə əlaqədar  “bildiriş yaymaqla sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə 6 ay həbsə məhkum edilmişdi.

Fəal məhkəmə qərarının qiyabi çıxarılması ilə bağlı qərara etiraz etmişdir. Apelyasiməhkəməsi isə 6 aylıq həbs qərarını 3 milyon 300 tümən cərimə ilə əvəzləyib.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın