Şənbə , İyul 4 2020
azfa

Azərbaycanlı fəal Meysəm Colaninin apelyasiya məhkəməsi keçiriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal Meysəm Colaninin  apelyasiya şikayətinə rejimin Ərdəbildə yerləşən 2-ci Cəza Məhkəməsinin 102-ci şöbəsində kçiriləcək.

Göndərilən çağırış vərəqəsinə əsas, fəal iyunun 30-da səhər saatlarında məhkəmədə olmalıdır.

Qeyd edək ki, irqçi fars rejim azərbaycanlı fəalı “İğtişaş yaratmaqla ictimai asayişi pozmaq”da günahlandırıb. Rejimin Ərdəbildəki 2-ci Cəza Məhkəməsinin 102-ci şöbəsi fəalı qiyabı şəkildə mühakimə edərək 6 ay həbs və 74 şallaq cəzasına məhkum etmişdir.

Azərbaycanlı fəal isə iyunun 15-də məhkəmənin çıxardığı qərarla bağlı Apelyasiya Məhkəməsinə şikayət etmişdir. 

Ərdəbil sakini olan Meysəm Colani 2019-cu ilin noyabr ayında benzinin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlar zamanı onlarla azərbaycanlı fəalla birlikdə yaxalanmışdı. O, bir müddət saxlandıqdan sonra zaminə buraxılmışdır.

Həmçinin yoxlayın

İrqçilərin heykəlinin yıxıldığı günlərdə irqçi şair Firdovsinin heykəli Makıdan götürüldü- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Corc Floyd hadisəsindən sonra dünyada irqçilərin heykəlləri yıxıldığı …

Yunan yazar ölkəsinin Türklər qarşısında tab gətirməyəcəyinə etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yunan yazar Anastasios Lavrentzosun “Xronos Yunan” portalında yayımlanan …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir