Cümə , Oktyabr 23 2020
azfa

Azərbaycanlı fəal Muxtar İbrahimi rejimin Marağadakı Polis İdarəsinin təhlükəsizlik bölməsinə çağrılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Marağa şəhərində yerləşən Polis İdarəsinin təhlükəsizlik bölməsi avqustun 1-də telefon vasitəsi ilə azərbaycanlı milli-mədəni fəal Muxtar İbrahimini çağıraraq, hədələyib.

Məlumata görə, fəal bir neçə saat hədə və təzyiq altında dindirildirilib. Təşkilatlarla əməkdaşlıq etmək, həmçinin yazdığı məqalələr və şəxsi Teleqram kanalı ilə ictimaiyyəti təşvişə salmaqda günahlandırılan fəal təhlükəsizlik qüvvələri tərəfindən hədələnib ki, Marağada hər hansı etiraz aksiyası keçirilərsə, o məsuliyyət daşıyacaq. İrqçi və işğalçı fars rejimin məmurları hətta bu barədə xüsusi xəbərdarlıq kağızı da yazıblar.

Qeyd edək ki, bundan öncə Muxtar İbrahimi iyul ayının 5-də də rejimin ETTELAAT İdarəsinə çağırılaraq, təzyiq altında hədələnərək, dindirilmişdir.

Azərbaycanlı fəal daha əvvəl də Azərbaycan Türk Millətinin hüquqları uğrunda fəaliyyət göstərdiyi üçün təzyiq, işgənə və həbsə məruz qalıb.

Həmçinin yoxlayın

Azərbaycan ordusu çox sayda Azərbaycan qəsəbə və kəndini erməni işğalından azad etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan ordusu çox sayda Azərbaycan qəsəbəsi və kəndini …

Erməni təcavüzünü pislədiyinə görə İranın həbs etdiyi fəallar aclıq aksiyasıa başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın Azərbaycan şiələrinin ərazilərinə hərbi hücumunu pislədiklərinə görə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir