Azərbaycanlı fəal Şahin Bərzgər azadlığa çıxdı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, rejimin həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Şahin Bərzgər fevralın 10-da rejimin Təbrizdə yerləşən Mərkəzi Zindanından azadlığa buraxılıb.

Günahı olmadan 3 aylıq həbs cəzasını çəkmək üçün həbs edilən azərbaycanlı fəal 12 gün həbsdən sonra azadlığa çıxıb.

Azərbaycanlı fəalın bəbs hökmü 1 ildən az olduğu üçün tətbiq olunan əfv qərarına əsasən sərbəst buraxılıb.

Qeyd edək ki, azərbaycanlı fəal sərbəst buraxıldıqdan sonra mərhum Həsən Dəmirçinin məzarının ziyarətinə gedib, musiqi ustadı Həsən Dəmirçiyə olan hörmətini bir daha nümayiş etdirib.

Azərbaycanlı fəal Şahin Bərzgər əsgər olduğu zaman mərhum azərbaycanlı fəal Həsən Dəmirçinin dəfn mərasimində iştirak etdiyi üçün yaxalanmışdı.

O şərlənərək, sistemin əleyhinə təbliğat aparmaq və silahlı qüvvələrə qarşı bədbinlik yaratmaqda  ittiham edilmişdir.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın