Azərbaycanlı fəal Yaşar Piri yenidən Sepahın təcridxanasına köçürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim noyabrın son günlərində yaxaladığı azərbaycanlı milli-mədəni fəal Yaşar Pirini Təbrizin Mərkəzi Zindanının karantin bölməsindən yenidən Sepahın təcridxanasına köçürdü.

Qeyd edək ki, azərbaycanlı fəal noyabrın 27-də Təbriz irqçi fars rejimin terrorçu Sepahının Kəşfiyyat Bölməsinn təcridxanasından bu şəhərin mərkəzi zindanına köçürülmüşdü. Fəal naməlum səbəbdən yenidən terrorçu Sepahın təcridxanasına qaytarılıb.

Azərbaycanlı fəal Yaşar Piri noyabrın 17-də son etiraz aksiyalarına bir gün qalmış qardaşı Ruzbeh Piri ilə birlikdə Təbrizdə yaxalanıb. Sepah məmurları məhkəmə hökmü təqdim etmədən fəalları yaxalamışdır.

Həmin azərbaycanlı milli-mədəni fəallar Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardıqları mədəni mübarizəyə görə dəfələrlə yaxalanmışlar.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın