Cümə axşamı , Aprel 25 2024
azfa

Azərbaycanlı fəala qarşı rejimin məhkəməsinin ədalətsizcəsinə çıxardığı qərar qüvvədə saxlanıldı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimin Tehranda yerləşən Apelyasiya Məhkəməsinin 36-cı şöbəsi azərbaycanlı fəal Cəfər Rüstəmirada qarşı rejimin məhkəməsinin ədalətsizcəsinə çıxardığı qərarı qüvvədə saxladı.

Rejimin məhkəməsinin hakimi şifahi şəkildə oxuduğu qərarda fəala qarşı 7 aylıq həbs qərarının qüvvədə qaldığını bildirib.

Qeyd edək ki, Azərbaycanlı milli-mədəni fəal Cəfər Rüstəmirad Babək Qalası Qurultayı ərəfəsində Tehranda öz iş yerində rejimin təhlükəsizlik qüvvələri tərəfindən heç bir günahı olmadan yaxalanmışdır.

O zindana köçürüləndən sonra girov qarşılığında müvəqqəti sərbəst buraxılıb.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın