Cümə axşamı , Mart 28 2024
azfa

Azərbaycanlı fəallar Güney Azərbaycanda rejimin planı ilə acaqların kəsilməsinə etiraz olaraq ağac əkdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil məntəqəsinin Nir şəhərində azərbaycanlı milli-mədəni fəallar işğalçı fars rejimin Güney Azərbaycanda planı ilə ağacların kütləvi şəkildə kəsilib talanmasına etiraz olaraq ağaclar əkdilər.

Bu məqsədlə bir yerə toplaşan azərbaycanlı fəallar Ərdəbil-Nir yolu üzərində çoxsaylı ağac əkiblər. onlar beləliklə rejimin Azərbaycanı viranəyə çevirməsinə etiraz ediblər.

Aksiyada iştirak edən azərbaycanlı fəallar “Gölümüz! indi isə meşələrimiz… Sabah da???” sözü yazılmış parça da nümayiş etdiriblər.

Həmçinin yoxlayın

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Güney Azərbaycanda molla rejimin insan haqlarının pozmasına dair illik hesabat yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı fəallar və Abbas Lisani adına açılmış sosial …

Bir cavab yazın