Cümə axşamı , Aprel 25 2024
azfa

Azərbaycanlı fəalların rejimə etirazı azərbaycanlı millət vəkillərini də etiraza məcbur etdi- Sənəd

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Xocalı soyqırının ildönümündə işğalçı Ermənistanın baş naziri Paşinyana qucaq açması və Tehranda Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribat törətmələri Güney Azərbaycanda Azərbaycan türk millətinin kəskin etirazı ilə qarşılaşdı. Xüsusilə azərbaycanlı milli-mədəni fəalların etirazı azərbaycanlı millət vəkillərinin bu təxribata qarşı etirazına səbəb oldu.

Urmiyalı millət vəkilləri Nadir Qazipu və Ruhullah Həzrətpur  işğalçı fars rejimin  Xarici İşlər nazirliyinə rəsmi xəbərdarlıq sorğusu göndəriblər. XİN-dən Azərbaycanın ayrılmaz parçası olan Qarabağla bağlı açıq mövqe sərgiləməyi, Ermənistanın işğalçı rejiminin başçısının Xocalı soyqırımının ildönümü günündə İrana səfəri haqda  parlamentə izahat verməyi tələb ediblər. Həmçinin digər urmiyalı millət vəkili Hadi Bəhaduri də Paşinyanın təxribatını tənqid etmişdi.

Azərbaycan şəhərinin, o cümlədən Təbriz, Culfa, Bicar, Ərdəbil və s. Azərbaycan şəhərlərinin imam cümələri də azərbaycanlı fəalları etirazı qarşısında Paşinyanın səfərinə etiraz etməyə məcbur olublar.

Culfa və Mərəndin rejimin məclisindəki millət vəkili Məhəmməd Həsənnejad Xocalı soyqırımının 27-ci ildönümündə Ermənistan Baş naziri Nikol Paşinyanın Tehrana səfəri və “Ararat” klubunda erməni icması ilə görüşü zamanı “Qarabağ Ermənistandır və Son” sözləri yazılmış plakatın qaldırılmasına münasibət bildirərkən deyib ki, İran Dağlıq Qarabağla bağlı rəsmi siyasətini dəfələrlə elan edib, Ermənistan bu bölgəni tərk etməlidir. İnqilab rəhbəri bu barədə bildirib ki, “Dağlıq Qarabağ islam torpağıdır”, İran İslam Cümhuriyyətinin rəsmi siyasəti də bundan ibarətdir.

O, görüş zamanı diplomatik qaydalara sığmayan yalan iddiaların qaldırılmasına kəskin etiraz edib:

“Bu məsələ etnik məsələsi deyil. Müsəlmana dəstək vermək Quran ayələrinə görə bütün müsəlmanlara vacibdir. Təbbi ki, bunun da bir üsulu var və ölkələrin ərazi bütövlüyü əsas götürülməlidir. Bizim inqilabımız islam inqilabıdır, Tehranda müsəlman bir ölkənin ərazi bütövlüyünə qarşı çıxış etmək qəbuledilməzdir. Bu hadisənin Xocalı qətliamının ildönümündə baş verməsi daha çox qəbahət sayılır və bağışlanmaz haldır”.

Məsələyə münasibət bildirən Təbrizin millət vəkili Məsud Pezeşkian xarici ölkənin baş nazirinin yerlilərlə mitinq keçirməsinin sual doğurduğunu qeyd edib:

“İranın rəsmi siyasəti qonşu ölkələrin daxili işinə qatılmamaqdan ibarət olsa da, heç zaman bir ölkənin işğala məruz qalması ilə razılaşmır. İran erməniləri bizim vətəndaşlarımızdır. Lakin bir xarici ölkənin baş nazirinin bizim yerlilərimizlə mitinq keçirməsi və işğalçılığa haqq qazandıran şüarların səsləndirilməsi böyük sual doğurur.

Vurğulamalıyam ki, ölkə rəhbərinin dediyi kimi, “Qarabağ islam torpağıdır, vəssalam!”

 

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın