Cümə axşamı , Yanvar 24 2019
azfa

Azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqi Təbrizin Mərkəzi Zindanına salındı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqi 2018-ci il oktyabr ayının 29-da ailəsi ilə qısa telefon əlaqəsində irqçi fars rejimin Təbrizdə yerləşən zindanına salındığını bildirib.

Məlumata görə, azərbaycanlı fəal bu gün rejimin Təbriz şəhərində yerləşən İnqilab Məhkəməsinə aparılmalı idi. Lakin rejimin Sepah qüvvələrinin rəsmiləri onu məhkəməyə aparmaqdan imtina ediblər. Nəsim Sadiqinin ailəsi isə fəalı məhkəmədə bir neçə saat gözləyiblər.

Fəalın ailəsi təyin edilən mülki vəsiqəni təqdim edib, onun zindana salınmasına etiraz ediblər. Lakin təqdim olunan vəsiqə məhkəmə tərəfindən qəbul olunmayıb. Məmurlar Sadiqi ailəsinə bildiriblər ki, hələlik dosye təkmilləşməyib və müttəhimə qarşı yeni ittihamlar irəli sürülə bilər.

Qeyd edək ki, məhkəmə bundan əvvəl azərbaycanlı fəal Nəsim Sadiqinin azadlığa buraxılması üçün 100 milyon tümənlik mülki vəsiqə qərarı çıxarıblar.

Təhlükəsizlik qüvvələri fəalı yaxalamaq üçün 2018-ci il oktyabr ayının 21-də evə müraciət edən zaman ona məxsus bir çox şəxsi əşya, o cümlədən mobil telefon, kompüter, kitab və əlyazmaları müsadirə ediblər.

Rejimin Sepah qüvvələrinin təhlükəsizlik bölməsinin məhkəməyə təzyiqi nəticəsində fəalın azadlığa buraxılmasına mane olub. Fəalı indi də rejimin Sepah qüvvələri zindana salıb.

 

Həmçinin yoxlayın

ABŞ İran adlanan ölkəyə və Rusiyaya qarşı növbəti sanksiyalar tətbiq edir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimə və Rusiyaya qarşı yeni sanksiyalar …

İrqçi fars rejim ərəblərin ərazisində yüksək keyfiyyətli neft ehtiyatı aşkarladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim ərəblərin yaşadığı ərazidə yüksək keyfiyyətli …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir