Çərşənbə axşamı , Mart 31 2020
azfa

Azərbaycanlı milli-mədəni fəal Nəsim Sadiqinin apellyasiya məhkəməsi keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə azərbaycanlı milli-mədəni fəal Nəsim xanım Sadiqinin apellyasiya məhkəməsi keçirilib.

Məhkəmə iclası irqçi fars rejimin Şərqi Azərbaycandakı Apellyasiya Məhkəməsinin 3-cü şöbəsində baş tutub.

Azərbaycanlı fəal özünə qarşı irəli sürülən bütün saxta ittihamları rədd edərək mədəni fəaliyyətinin qanun çərçivəsində olduğunu bildirib.

Qeyd edək ki,Təbriz sakini olan azərbaycanlı fəal 2019-cu il sentyabrın 21-ə irqçi fars rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən 6 ay həbs cəzasına məhkum edilib. Fəal şərlənərək “müxalif qrupların xeyirinə  sistemin əleyhinə təbliğat aparmaq”da günahlandırılmışdı.

Həmçinin yoxlayın

Bəşəriyyəti fəlakətə salan Çin koronavirusn qəsdən yaradıb yaydığına görə məhkəməyə verildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bugünlərdə ABŞ-lı bir qrup vəkil, Çin koronavirusu olan …

Bu gün 31 Mart Dünya Azərbaycanlılarının Soyqırımı Günüdür

GADTB: Bu gün 31 – Mart Dünya Azərbaycanlılarının Soyqırımı Günüdür. Ermənilər Quzey və Güney Azərbaycanla …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir