Cümə axşamı , Aprel 18 2024
azfa

Azərbaycanlı rejissor fars irqçiliyini ifşa etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, kömür filmini çəkən tanınmış azərbaycanlı rejissor İsmayıl Münsif İnstagram səhifəsində iranlda oturuşmuş fars irqçiliyinə öz etirazını bildirib.

O öz İnstagram səhifəsində “İrqi ayrı-seçkiliyin İran növü” başlıqlı yazı paylaşaraq farsların ABŞ-da qaradərili cinayətkar Corc Floyd-un polis tərəfindən öldürülməsinə qarşı etirazına münasibət bildirərək yazıb:

 “Bu günlərdə bir çox iranlı haqlı olaraq ABŞ-da qaradərili vətəndaşın öldürülməsinə, ona qarşı irqçi davranışa etiraz edir. Əlbəttə hər hansı bir irqi ayrıseçkilik qəbuledilməzdi. Lakin illərdir İranda oturuşmuş irqçilik barədə düşünürükmü?

Etnik qrup və xalqlara hörmətsizlik və onları lağa qoymaq irqçi davranış deyilmi?! Kimsəyə anlamaz göstərmək üçün onları türk və ya lor adlandırmaq irqçilik deyilmi? Bir-birimizi təhqir etmək məqsədilə əfqanlı deməyimiz irqçilik deyilmi?

Ölkədəki bütün dillərə və dialektlərə gülüb onları lağa qoymaq, bu hərəkətin bir şəxsə qarşı deyil, bir etnik qrupa qarşı terrorçuluq olduğunu düşünməmək irqçi davranış deyilmi? Türklər, kürdlər, ərəblər və s. xalqları öz dillərində təhsil hüququndan məhrum etmək necə?

Şiələr, sünnilər, zərdüştilər, bəhailər, xristianlar, yəhudilər və s. din mənsubları bu ölkədə eyni hüquqlara sahibdirlərmi? Bu cəmiyyətdə qadınlarına qarşı istər qanunda, istər düşüncədə qeyri-bərabər münasibət ayrıseçkilik deyildirmi?”

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın