Çərşənbə axşamı , Noyabr 12 2019
azfa

Azərbaycanlı siyasi məhbus Əfşin Bərzegər Cəmşidinin həbs müddəti uzadıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi Əfşin Bərzegər Cəmşidinin həbs müddəti uzadılıb. İyulun 22-də yenidən həbs edilən siyasi məhbus Əfşin Bərzegər Cəmşidinin girov qoymasına baxmayaraq, həbs müddəti daha 15 gün uzadılıb. Hazırda o Təbriz irqçi fars rejimin Təhlükəsizlik İdarəsinin istintaq təcridxanasında saxlanılır.

Siyasi məhbus Əfşin Bərzegər Cəmşidi yenidən həbs edildikdən bir ay keçməsinə baxmayaraq rejimin Təbrizdə yerləşən Təhlükəsizlik İdarəsinin istintaq təcridxanasında saxlanılır.

Bərzegərə qarşı “milli təhlükəsizliyə qarşı fəaliyyət” ittihamı ilə 300 milyon tümən dəyərində girov vəsiqəsi müəyyən edilsə də, onun saxlanma müddəti daha 15 gün uzadılıb.

Qeyd edək ki, Əfşin Bərzegər Cəmşidi iyulun 22-də şərti azadlığa buraxıldıqdan 18 gün sonra Təbrizdə rejimin Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən iş yerində saxlanılıb. Onun saxlanılması ilə eyni vaxtda, adıçəkilən İdarənin daha bir qrup əməkdaşı onun evinə gedərək icazəsix axtarış apararaq, mobil telefonunu, kompüterini və bəzi şəxsi əşyalarını və sənədlərini özləri ilə aparıblar.

Bərzegər Cəmşidinin yenidən saxlanılıb, halbuki, o təxminən 8 aylıq həbs cəzasının təxminən 2.5 ayını çəkdikdən sonra Təbriz Həbsxanasından şərti olaraq azad edilmişdi.

Əfşin Bərzegar Cəmşidi daha əvvəl 26 avqust 2018-ci ildə anası Rüqəyyə İzzəti ilə şəxsi mənzilində həbs edilib və sentyabrın 10-da 50 milyon tümən girov müqabilində sərbəst buraxılmışdı. O ötən ilin mart ayında Təbriz İnqilab Məhkəməsinin 4 saylı şöbəsi tərəfindən “rejimə qarşı müxalif qrupların lehinə təbliğat fəaliyyəti” ittihamı ilə 8 ay həbs cəzasına məhkum edilib və bu ilin may ayında isə cəzasını çəkmək üçün İcra şöbəsinə müraciət edərək həbsxanaya göndərilmişdi.

Xatırladaq ki, ona qarşı məhkəmə qərarı Şərqi Azərbaycan Təhlükəsizlik İdarəsinin Təbriz şəhəri boyunca traktatlar, şəkillər və divar yazıları və şüarların hazırlanması və yapışdırılaraq müxalifət qruplaşmalarından birinə göndərilməsi ilə bağlı məlumatı əsasında çıxarılıb.

Bərzegar Cəmşidi ilk dəfə 2013-cü ilin iyun ayında rejimin təhlükəsizlik qüvvələri tərəfindən iyun aynda iki gün müddətinə saxlanılıb və həmin ilin sentyabrında Təbriz Cinayət Məhkəməsinin 104 saylı şöbəsi tərəfindən ictimai asayişi pozmaqda şübhəli bilinərək 6 ay müddətinə şərti cəza, 30 zərbə şallaq və 200 min tümən cərimə cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

Ərəblər irqçi fars rejimin öldürdüyü bildirilən şairlərinə görə etiraz mitinqi keçirir- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ələhvaz bölgəsinin ərəbləri irqçi fars rejimin öldürdüyü bildirilən …

Aydın Mədətoğlu: Xəzər Türkləri Kas ( Kassi, Kassit) İmperatorluğu dövründə

GADTB: Türk İmperatorluqları içərisində Birinci Kas ( Xəzər ) və İkinci Xəzər İmperatorluqlarının xüsusi yeri …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir