Cümə axşamı , Mart 28 2024
azfa

Azərbaycanlıların etirazının ardınca Şərqi Azərbaycan Vəkillər Birliyi türklərin təhqir edilməsini qınayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı etiraz kampaniyasından sonra Şərqi Azərbaycan Vəkillər Birliyi yanvarın 26-da Tehranın Azadi stadionunda baş verənlər ilə bağlı bəyanat yayımlayaraq ‘İran stadionlarında səsləndirilən irqçi şüarlar və türklərə qarşı geniş aşağılama dalğasını’ qınayıb.

Şərqi Azərbaycan Vəkillər Birliyi tərəfindən yayımlanan bəyanatda qeyd edilib ki, “stadionlarda İranın türk vətəndaşlarına qarşı gördüyümüz etnik və irqi təhqirlər, xüsusilə də son Traxtur-Perspolis oyunu zamanı baş verənlər təəssüf və kədər hissi doğurur.”

Təbrizdə fəaliyyət göstərən Nasr News saytında dərc edilən bəyanatda etnik və irqi təhqirlərə son vermək üçün lazımi qanunların çıxarılması tələb olunub.

Vəkillər Birliyinin müraciətində həmçinin yazılıb ki, “bu təhqirlər dillər və mədəniyyətlərin İran toplumunda inkar edilməsinin bir nəticəsidir. Bizim təhsil sistemimiz etnik icmaların hüququnu inkar və görməzdən gələrək, dil hüquqlarını yerinə yetirməkdən də imtina edir. Təbii ki, bu məsələ toplumda ixtilaf və ayrılıq törədir.”

Qeyd edək ki, yanvarın 26-da Tehranın Azadi Stadionunda Təbrizin Traxtur komandası və Tehranın Perspolis komandası arasında keçirilən matç zamanı Perspolis tərəfdarları türklərə qarşı aşağılayıcı şüarlar səsləndiriblər.

Perspolis tərəfdarlarının bazar günü Tehran stadionunda səsləndirdiyi “eşşək” kəlməsi FIFA-nın daha əvvəl yayımladığı sənədlərdə irqi ayrı-seçkilik nümunəsi olaraq dərc edilib.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın