Cümə axşamı , Aprel 25 2024
azfa

Azərbaycan Cumhuriyyətinin qurucusu M.Ə.Rəsulzadənin xanımının məzarı tapıldı

GADTB-nin Mətbuat Mərkəzinin “Türküstan” saytına istinadən yaydığı məlumata görə, Türkiyədə Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Leyla Rəsulzadənin (Vanda xanım) məzarını tapıb. Türkiyədə yaşayan azərbaycanlı jurnalist Könül Şamilqızı bu barədə açıqlama verib. O bildirib ki,  ADR-in banisinin xanımının məzarı “Əsri” qəbiristanlığındadır. O bu barədə deyib:

“Bir neçə gün əvvəl cümhuriyyət dövrünü araşdıran gənc dostlarımızdan biri Ceyhun Nabi böyük Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Vanda xanımın, həmçinin Abbasqulu Kazımzadənin və Məhəmməd Əli Rəsulzadənn məzarını tapmaqda yardım istədi. Daha əvvəl də maraqlanmışdım və mənə Vanda xanımın “Əsri” məzarlığının xristian bölməsində olduğunu, zamanın qaydalarına görə kimsəsi olmadığı üçün məzarın yerinin belə, bilinmədiyini demişdilər. Bildiyim qədər hamıda bu məlumat vardı.

Bu gün (Dünən) Abbasqulu Kazımzadənin məzarı ilə bağlı bir şey öyrənmək ümidi ilə əvvəlcə Cebeci Askeri Şəhidliyinə getdim. Şəhidlik müdiri sağ olsun, bütün qeydləri çıxartdı, baxdı, yox idi. Oradan yenə ümidlə “Əsri” məzarlığına getdim. Mən gedənə qədər Şəhidlik müdiri onları aramışdı, sağ olsun. Axtardılar, dəftərləri çıxartdılar, 47-ci ilin qeydlərində Abbasqulu Kazımzadə yoxdur. Bu arada söhbət edərkən Rəsulzadənin həyat yoldaşı Leyla xanımın da “Əsri” məzarlığında olduğunu, amma tapılmadığını dedim. O isə tapdıqlarını dedi. Məlum oldu ki, adı dəftərdə Vanda deyil, Leyla Rəsulzadə kimi qeyd olunub”.

Şamilqızı əlavə edib ki, həmin məzarın üzərində Leyla xanıma aid olması ilə bağlı heç nə yazılmayıb.

Rəsulzadə və həyat yoldaşının şəkli

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …