Cümə axşamı , Aprel 25 2024
azfa

Azərbaycan Dövlət Rəqs Ansamblı “’n yaxşı rəqs ansamblları” sırasında

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Dövlət Rəqs Ansamblı MDB ölkələri üzrə “Ən yaxşı rəqs ansamblları”nın top-reytinqində ilk üçlükdə yer alıb.

Azərbaycan Mədəniyyət Nazirliyindən bildirilib ki, reytinq “Turstat” turizm portalı tərəfindən rəqs ansambllarının çıxışlarının internetdə yayımı və tamaşaçılar arasında populyarlığı əsasında tərtib edilib.

29 aprel – Beynəlxalq Rəqs Günü münasibətilə hazırlanan top-reytinqdə ilk üçlüyə Azərbaycan Dövlət Rəqs Ansamblı ilə yanaşı, Belarus Dövlət Rəqs Ansamblı və Qazaxıstanın “Səltənət” Dövlət Rəqs Ansamblı da daxildir.

“Turstat” turizm portalının reytinqi rəqs kollektivlərinin onlayn-yayım təklifləri və populyarlığı üzrə aparılan tədqiqatın nəticələrinə əsasən təqdim olunub.

Qeyd edək ki, Beynəlxalq Rəqs Günü kimi 1982-ci ildən UNESCO-nun Beynəlxalq Rəqs Şurasının təşəbbüsü ilə qeyd edilir.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın