Cümə axşamı , Aprel 25 2024
azfa

Azərbaycan müharibə ilə öz torpaqlarını azadetmə hüququna malikdir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı Ermənistanın iqtidaryönlü “Lragir.am” saytı Avropa Parlamentinin son bəyanatını dəyərləndirərkən etiraf edib ki, Avropa Parlamentinin Ermənistan və Azərbaycan üzrə məruzəçiləri, eləcə də Avropa Parlamentinin Azərbaycan, Ermənistan və Gürcüstanla əməkdaşlıq üzrə nümayəndə heyətlərinin Ermənistan və Qarabağ arasında üçüncü yolun tikintisi ilə bağlı qəbul etdiyi birgə bəyanat Bakıya müharibə üçün yaşıl işıq açır.

İşğalçıların saytı iddia edib ki, “Beləliklə, mümkün müharibəyə və qurbanlarına görə məsuliyyət Avropa strukturunun üzərinə düşür. Belə presedent artıq var. Bu, Aprel savaşıdır. Ona bir çox faktor şərait yaratmışdı ki, bunlardan biri də AŞPA-nın 2016-cı ilin 26 yanvarında Sərsəng su anbarı ilə bağlı qəbul etdiyi qətnamə olmuşdu”.

Qeyd edək ki, ilk dəfə olaraq Avropa Parlamentinin (AP) Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand birgə bəyanat qəbul etmişlər.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın