Çərşənbə , Aprel 24 2024
azfa

Azərbaycan ordusu dağın başında yerləşən Şuşanı PUA-sız və top-tanksız qəhrəmancasına azad etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan ordusu dağın başında qala şəklində olan Azərbaycanın mədəniyyət və musiqi beşiyi Şuşanı PUA-sız və top-tanksız, qəhrəmancasına azad edib.

Fransanın Le Monde qəzetinin Xankəndidəki reportyoru yazır ki, Şuşadan gələn yaralılarda əsasən güllə və bıçaq yaralarıdır.

Özü də avtomat və ya karabin yox, tapança güllələrinin yaraları.

Bu o deməkdir ki, Şuşa şəhəri birbaşa təmas döyüşündə, əlbayaxa döyüşlərdə azad olunub.

Yəni xüsusi təyinatlılarımız tiqranoidlərlə şir kimi vuruşublar.

“Hücum zamanı azərbaycanlılar döyüş meydanında yaralı və ölü qoymayıblar. Özləri ilə dağa, şəhərə qaldırıblar”, – reportyor yazır.

… Dəniz səviyyəsindən 1400-1800 metr yüksəklikdə olan, alınmaz qala sayılan Şuşaya xüsusi təyinatlılarımız gecə saatlarında, Daşaltı kəndi və Qəribəli kəndi tərəfindəki meşəlikdən daxil olublar.

Düşmənin 4 postunu məhv edəndən sonra Köhnə Qalanı və “Türmə”ni ələ keçirən əsgərlərimiz düşmənin hücumlarını dəf edərək şəhərdəki plasdarmı genişləndirməyə başlayıblar.

Şəhərin yanındakı xüsusi təyinatlı qruplar isə Xankəndi-Şuşa yolunu nəzarətə götürüblər.

Noyabrın 3-dən 4-nə keçən gecə şəhərə girən xüsusi təyinatlılarımız 2 sutka döyüşüblər. Zirehli texnikası, topsuz, aviasiyasız.

Noyabrın 6-da, axşam saatlarında ordumuzun motoatıcı hissələri özlərini çatdırıblar.

Noyabrın 7-də şəhər düşməndən təmizlənib.

Düşmənin bir neçə əks-hücum cəhdi heç bir nəticə verməyib.

Şuşa belə azad olundu.

Var olsun Vətən! Yaşasın Azərbaycan əsgəri🇦🇿

Həmçinin yoxlayın

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Gürcüstan yolu ilə Ermənistana ağır döyüş texnikası daşınır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Gürcüstan-Ermənistan  dəmir yolu ilə Ermənistana ağır döyüş texnikaları …

Bir cavab yazın