Cümə , Aprel 19 2024
azfa

Azərbaycan, qaşqay və türkmən türkləri “Türk dilində mədrəsə” şüarı səsləndirdilər-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün 2019-cu il may ayının 1-də Güney Azərbaycanın Təbriz şəhərinin Səhənd stadionunda Traxturla Perspolisin yarışının 15-ci dəqiqəsində “Türk dilində mədrəsə- olmalıdır hər kəsə” şüarı səsləndirildi.

Bu dəfə stadiona Azərbaycan türkləri ilə yanaşı qaşqay və türkmən türkləri də toplaşmış və “Türk dilində mədrəsə- olmalıdır hər kəsə” şüarı səsləndirməklə, türk dilində təhsil tələb ediblər.

Stadionda həmçinin “Yaşasın Azərbaycan” və azərbaycanlı siyasi məhbuslara azadlıq tələb ilə şüarlar da səsləndirildi. Qeyd edək ki, işğalçı fars rejim Güney Azərbaycanın əksər bölgələri, o cümlədən Qəzvin, Zəncan, Tehran, Urmiya, Ərdəbil və s. bölgələrdən türklərin stadiona gəlməsinə ciddi maneələr törədib. Lakin bütün maneələrə baxmayaraq stadion dolub. Üstəlik türkmən və qaşqay türkləri də öz azərbaycanlı dildaşları ilə yanaşı stadiona gəlimişlər.  

Həmçinin yoxlayın

İsrail İranda bir sıra hədəfləri vurub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İsrail İsfahanda İranın nüvə proqramı ilə əlaqəli obyektlərdən, …

Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcəyini açıqlayıb

GADTB: Avropa İttifaqı (Aİ) İsrailə hücumla əlaqədar İrana qarşı sanksiyaları genişləndirəcəyini açıqlayıb. Bu barədə Aİ …

Bir cavab yazın