Cümə axşamı , Aprel 25 2024
azfa

Azərbaycan, Qaşqay və Xorasan türkləri türkmən dildaşlarına yardıma getdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin türklərə qarşı uzun müddətli müddətli müstəmləkə siyasəti, eləcə də qəsdən su bəndlərini dolu saxlamaq nəticəsində Güney Türkmənistanı suya qərq etməsinə baxmayaraq, rejim türkmənlərə qarşı baş verən fəlakəti baykot edib. Eyni zamanda ölümlə üz-üzə olan türkmənlərə yardımdan da çəkinib. Belə vəziyətdə isə türkmənlərin dildaşları Azərbaycan, Qaşqayıstan və Şimali Xorasandan onların yardımına gedib.

İlk öncə Güney Azərbaycanın Ərdəbil bölgəsindən azərbaycanlı fəallar yardımla Güney Türkmənistana gedib. Ardınca isə azərbaycanlı millət vəkilləri, o cümlədə Qazipur, azərbaycanlı sənəd adamları Əli Purmehr və Məhəmmədəli Muradi, azərbaycanlı boksçu Kərim və s. türkmənlərə yardıma çağırış edib və yardıma gedənlər olub.

Bununla eyni zamanda azərbaycanlı dildaşları kimi qaşqaylar və Xorasan türkləri də öz dildaşları türkmənlərin yardımına çağırış edib və yardıma gediblər.

Həmçinin yoxlayın

Xocalı anım gününə divan tutan İran erməniləri Türkiyə və Azərbaycana qarşı mitinqə təşkilatlandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Xocalıya anım mərasiminə divan tutan irqçi fars-molla rejimi …

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Bir cavab yazın