Cümə , Aprel 19 2024
azfa

Azərbaycanın Güneyini əks etdirən siyasi-ideoloji-bədii əsər – “Sürgün Umudlar”

GADTB: Azərbaycan bədii ədəbiyyatında Güney Azərbaycan mövzusu Məmməd Səid  Ordubadinin “Məşrutə İnqilabı”na,həsr etdiyi “Dumanlı Təbriz “roman ilə başlayıb, Mirzə İbrahimovun 21 Azər Milli Hökumətə həsr etdiyi “Gələcək gün”romanı ilə davam etdirilmişdi.Üstündən xeyli müddət keçəndən sonra nəhayət 2016-cı ildə 1978-1979-cu il Təbriz inqilabının canlı şahidi və iştirakçısı olmuş Eldar Bəy Qaradağlı özünün mükəmməl siyasi-ideoloji-bədii əsəri olan “Sürgün umudlar”( Printakademin  i  Linköping AB/ İSVEÇ-2016 ) adlı trilogiyasını Milli Hökumətin süqutundan sonra Güney Azərbaycan Türklərinin “qan dənizi”ndə boğulmasına,qəddar şah rejiminin və onun xarici havadarları-nın inqilabçı xalqa divan tutmasına,zülm, işgəncə, təqib, təzyiq,sürgün və həbslərin baş alıb getməsinə,bir sözlə,xalqımızın çiləli,hailəli həyatına həsr etmişdir.

Əgər Məmməd Səid Ordubadnin “Dumanlı Təbriz”tarixi romanı “Məşrutə Hərəkatı”nı,Mirzə İbrahimovun “Gələcək gün”romanı Güney Azərbaycanın “Ağ 21 Azər”Hərəkatını və onun süqutundan sonrakı az bir zamanı əhatə edirsə,Eldar Qaradağlının üç cildlik “Sürgün umudlar”trilogiyası “Qara 21 Azər”dən günümüzədək olan 60 illik bir dövrü əhatə edir.

Əsərin ana xəttini min illərlə dünyada söz sahibi olmuş Azərbaycan Türklə- rinin bugünkü rəzil duruma düşməsinin səbəbləri və bu vəziyyətdən çıxmağın siyasi-ideoloji yönləri təşkil edir.Müəllif bütün əsər boyu siyasi görüşlərini əsərin əsas obrazlarından olan milli ziyalı Cabbar müəllimin dilindən bəyan etmişdir.

Müəllif Cabbar obrazının dili ilə göstərir ki,tarix boyu TÜRK MİLLƏTİ  dövlət, kültür, quruculuq, yaşam kimi geniş alanlarda dünyada söz sahibi olmuş, istər İslamdan öncə,istərsə də İslamdan sonra bölgənin ən güclü uyqarlıqları TÜRKLƏRİN adı ilə bağlıdır.Bugün (Milli Hökumətin süqutundan sonrakı dövr nəzərdə tutulur-A.Q.) düşmən caynağında inləyən Urmu ərazisi bölgənin ən ilkin üç uyqarlığından biri və birincisi olan Aratta dövlətinin mərkəzi olub. Xoy bu uyqarlığın böyük bölümlərindəndir.Bizim başımıza nə gəlibsə,bizə sığı- nan farslar və kürdlər kimi dağlı toplumları qorumağımızdan irəli gəlib.Öncə (Makedoniyalı İsgəndər,sonra isə-A.Q.) Ərəblər farsların var-yoxunu Yer üzündən silərkən TÜRKLƏR onları yox olmaqdan qurtaran təkcə millət olubdur.Farslara “yazıq”- deyə-deyə öz dilimizi unudaraq fars dilini yoxdan var etmişik.Kürdləri əlimizlə torpaqlarımıza gətirməklə insanlıq yapmışıq.Bütün dünya İmperatorluqları dillərini əlləri altında olan xalqların birinci dilinə çevirdikləri halda biz TÜRKLƏR əlimiz altında olan başda farslar olmaqla digər xalqların dilini İmperatorluq saraylarımıza soxmuşuq ki,bu da biz TÜRKLƏRİN tarixdə ən böyük,ən bağışlanılmaz səhvidir.İdrakı sönük hökmdarlarımız CAHAN HÖKMDARI olmaq uğruna 10 min illik damla-damla biçimlənmiş TÜRK KİMLİYİNİN kökünü qazımışlar.Biz böyük MİLLƏT olmağımızla yanaşı,geniş ürəkli,dar düşüncəli olmuşuq.Əgər yenidən MİLLƏT olmaq istəyiriksə,dar ürəkli,geniş düşüncəli olmağımız gərəkdir.Onda MİLLƏTİMİZİN keçmişi, dərdi,alınyazısı bir olduğu kimi GƏLƏCƏYİ də bir olacaqdır !    

Trilogiyanın 1-ci cldi əsasən Milli Hökumətin süqutundan sonra xalqımızın çiləli sürgün həyatına həsr edilmişdir.Yazar burada”Qara 21 Azər”dən sonra bir xalqın 25 gün 9 saat sürən məşəqqətli sürgün həyatını təsvir etmişdir.

Güney Azərbaycanı yaxından tanıması,xalqın həyatına dərindən bələdliyi ədibə bu həyatı, şahlıq və molla rejimlərinin çoxyönlü siyasi gedişlərini bütün   çalarları ilə əks etdirmə imkanı yaratmışdır.

Əsər bütünlüklə Cəvanşir obrazının həyat “Səlnaməsi”ndən,onun nakam məhəbbətindən bəhs etsə də,bütün hadisələr onun dilindən təsvir edilsə də, “Trilojiya”nın baş qəhrəmanı minillər boyu Türklərə yol göstərən Türkün Qurd Anası-bu dövrdəki Səkinə Ana və dövrün ziyalı obrazı olan inqilabçı Cabbar müəllimdır.    

Müəllif mənsub olduğu xalqın Milli Hökumətinin qan içində boğdurulma- sından sonra onun başına gətirilən müsibətləri təsirli şəkildə əks  etdirərək göstərir ki,Ana Azərbaycanın süngü zərbələrindən Təbriz müdhiş kədərə bürünmüş,əzəldən bəri bu torpaqları qızdıran özgürlük türkülərinin boğazı biçilmiş,hər şeyin yerini qan qoxulu ölüm çəmbəri kimi ruhsuz canlarımızı quşatıma almış “Yaşasın mənim Şahənşahım!”kimi yabançı marşlar almışdı. ”Yaşasın şah,Yaşasın şah!”bağırtıları hər tərəfə zəhər saçaraq insanların çatlaq-çatlaq olmuş yanaqlarını şallaqlamağa başlamışdı.

Ədib Vətəndən sürgün edilənlərin başına gətirilən dəhşətli müsibətləri bədii şəkildə təsvir etməklə yanaşı,Vətəninin,Xalqının düşürüldüyü bu ağır,dözülməz və çəkilməz vəziyyəti ürək ağrısı ilə dilə gətirərək deyir:”Ah,mənim təcavüzə uğramış namuslu Anam!Ah,ağır “dəprəm” altında bezgin düşmüş ağ ləçəkli utanqaç Vətənim!Səni belə cansızcasına görmək,dilbilməzlərin çəmbərində belə həzin fəlakət içində duymaq da varmış,demək!Ah,yazqısı qızıl qanla ləkələnmiş mənim gəlin şəhərim Təbriz!Vay,Ana Vətən,vay!Bu çirkablı qanların öcü nə zaman alınacaq?”

Yazar sürgün edilənlərin “Şibli Gədiyi”,”Quru Göl”,”Qaflantı Dağı”nda başlarına gələn müsibətləri təsvir etməklə yanaşı,Milli Hökumət dönəmində xalqın sevincindən,fədailərlə millətin eyniləşməsindən,Türklüyün türkülərdə, mahnılarda təcəlli etməsindən,”Yaşa,yaşa Azərbaycan !”marşının millətin nəcib ruhunu oxşamasından da fəxrilə bəhs etmişdir.

Milli Hökumətin devrilməsindən sonra millətin başına gətirilən müsibətləri nəzərə alan siyasi yazar əsərdə yeri gəldikcə özünün məsələlərə siyasi baxışlarını da irəli sürərək obrazının dilindən göstərir ki,”Keşkə o günlər olmasaydı!Keşkə 12 aylıq özgür, bağımsız həyat yaşamasaydıq!Keşkə biraz dayanıb hakimiyyət quracaq gücünü əldə etmiş olsaydıq!Keşkə “rus qardaşlığı”na inanmasaydıq! Keşkə”Ayı dayı”nın ideolojik düyününə və imperialist tuzağına düşmədən öncə TÜRKLÜYÜMÜZÜN gücünü dərk etmiş olsaydı,öndə gedən böyüklərimiz! Keşkə keçmiş keçmişdə qalsaydı!O günlərin sevinc bədəlini günümüzün dəhşətilə ödəməsəydik!Artıq arxamızca ağlayanlar belə qalmamış,gücümüzün tükəniş nöqtəsinə varmış,bundan artıq yük qaldıracaq,on minlərlə yaşlı-cavan, qadın-kişi şəhid verəcək gücümüz qalmamışdır.Onlar qursunla,dar ağacıyla, intiqam baltasıyla VƏTƏNƏ TORPAQ oldular.VƏTƏN SAĞOLSUN ! “.

 “Biz Vətənimiz Azərbaycana doğanın bağışladığı bu gözəllikləri düşmənə necə qapdırdıq?Harada yanlış yapdıq?Bu əsarətin suçlusu kimdir?Vətənlə insan arasında olan bağların belə asan qopmasının özül daşı haradadır?Bu izi haradan başlayıb,harada bitirmək gərəkdir?-deyərək,müəllif oxucunu mühüm siyasi suallara cavab aramağa səsləyir.

Bəllidir ki,Milli Hökumət ilk olaraq Moskva hökumətinin təzyiqi ilə Tehranda danışıqlar aparmış,13 iyun 1946-cı ildə Təbrizdə Mərkəzi Tehran hökuməti ilə 15 maddədən ibarət “Müqavilə” imzalamış və bu “Müqavilə”yə əsasən Zənganı tərkisilah edərək onun hərbi qüvvələrini şah hərbi qüvvələrinin ixtiyarına vermiş,beləliklə də Zəngan Mərkəzi fars hökumətinə tabe etdirilmişdi

Müəllif Milli Hökumət dönəmində Milli hakimiyyət yönəticilərinin Sovetlərin təhriki ilə Zənganı Mərkəzi Tehran hakimiyyətinə təslim etməsini ən böyük siyasi səhvlərdən biri hesab etmiş və göstərmişdir ki,o zaman bu məsələ bütün Azərbaycanı matəm və yasa bürümüş,Zənganlıların:”Biz də Azərbaycanlıyıq, bizi özgə saymayın!”başlıqlı “Məktub”u da bir nəticə verməmiş,Zəngan tərki- silah edilərək Mərkəzi Hökumətə təhvil verilmişdi.Bununla bağlı ədib obrazının dilindən:”Anladım ki,hakimiyyət uğrunda torpaqdan da pay olarmış!Bəs bu torpağın uğrunda qan tökənlər:” Arxayın olsunlar,qanımız getmədən torpağımız getməz!”-sözləri harda qaldı?”-deyərək Milli hakimiyyət nümayəndələrinin bu siyasi səhvini ittiham etmiş və göstərmişdir ki:”Gördük ki,Zəngandan sonra Miyana,Miyanadan sonra Təbriz və Təbrizdən sonra da bütün Azərbaycan “QAN DƏNİZİ” oldu!Olmadımı?!Halbuki “Topraq,əgər uğrunda ölən varsa, VƏTƏNDİR!”Siyasilər,torpaq uğrunda ölməkdən deyil,siyasi səhvlər üzündən VƏTƏNİ düşmənə təhvil verdilər.   

Müəllif köç karvanının Zənganda olduğu müddətdə öz obrazının dili ilə Zənganla bağlı təəssüratlarını təsvir edərək göstərir ki,Zəngan, Azərbaycanın ”Beşoylaq” əyalətinin başkəndidir.Bu şəhər,böyük bir milli faciənin ilk qurbanlığı,susqun,əzgin,tapdaq altında qalmış bir küskün Türk şəhəri,Türk varlığı,Vətənin ən böyük şəhərlərindən biridir.Şəhərdə ruhsuzluq hakimdir. Zənganla millətin halı eynidir.Bu şəhərdə sanki hələ də Əfşarilərin, Zülfüqa- rilərin “Demokrat öldürmə əyləncəsi” başa çatmamışdır.Düşünürdüm ki, Zənganın küçələri,daş-divarları,qara bürünmüş ağacları belə Təbrizdən küs- müşdür.Düşünürdüm ki,Zəngan biz yazıq Təbrizli sürgün qafiləsini görüncə öz öfkəsini üzümüzə püskürüb deyəcək:Məgər Təbriz bizim yalvarışlarımızı saydımı ki,biz də sizlərə yanaq!Təbrizin bizim körpə balalarımızın süngü ucunda allaq-bullaq olmasından xəbəri varmı?Zənganın suyu hələ də qan qoxusu verir.Torpağını öpüb,VƏTƏN yapmaq üçün qanıyla sulayan gəncimiz qalmadı.VƏTƏNİN üstü al-qan oldu,ancaq VƏTƏN özgə ellərin əsiri oldu. Yox, yox!Təbriz artıq bağışlanmaz!

Ədib öz obrazının dilindən belə bir fikir irəli sürür ki,bir illik”adam kimi” yaşayışımızda (Milli Hökumət dövrü nəzərdə tutulur-A.Q.) Mir Cəfər babadan (Seyid Cəfər Pişəvəri nəzərdə tutulur-A.Q.) tutmuş Əsəd müəllim kimi çoxlu böyük insanlar gördüm.Amma indi onların heç biri yoxdur.Onları şah cəlladlar dar ağacından asdılar,qursun qarşısına düzdülər,qaçaq saldılar. Qalanları isə rəhimsizcəsinə bilinməyən yerlərə sürgün etdilər.Hələ də bu millətin günahının nə olduğunu anlamıram.Bəlkə də bu böyüklükdə “günah”ın səbəbi bir il öz Türkcəmizlə yazıb-oxumağımız olmuşdur!Yox! Hər ana dilində yazıb-oxuyan insan dardan asılsaydı,Yer üzündə insan qalmazdı.Mənim Azərbaycanımda dardan asılanların çoxu ana dilində yazıb-oxumaq fürsəti qazanmamışdı belə. Atalar,əmilər,dayılar, qardaşlar ana dili oxumadan asıldılar və ya güllələndilər. Yazıq analar,məzlum bacılar ana dili oxuma imkanı tapmadan min bir əzabla sürgün yollarında öldülər.On minlərlə ölən vətəndaşın da bir çoxunun Türkcə təhsil almaq imkanı olmadı.Bəs nədən onların cəzası ölüm oldu?Burda bizim bilmədiyimiz,anlamadığımız böyük bir gizli-saxlı var! Mən o gizli-saxlı sirri bilsəm də,bilməsəm də, görsəm də,görməsəm də,sevsəm də,sevməsəm də bilirəm ki,bu torpaq bizim VƏTƏNİMİZDİR!Bu torpağın üstündə yaşayan da bizim MİLLƏTİMİZDİR!

 “Mənim MİLLƏTİMİN və VƏTƏNİMİN körpəsindən tutmuş ağbirçəyinə, ağsaqqalına qədər irz-namusu düşmənin qanlı təcavüzünə uğramışdır”-deyən müəllif göstərir ki, Güney Azərbaycan Türklərinin bağımsızlığı çox bahalı bir bədələ bağlıdır.Bu bədəli ödəmədən Azərbaycan Türkünün özgür yaşaması mümkün olmayacaq.Azadlıq ağacının dibinə hələ çox qanlar töküləcək!Bizlər çiyin-çiyinə basılmış şərəfimizi və milli namusumuzu bu zülmdən qurtarmalıyıq. Bu yenilginin qurbanları bizlər olmuşuqsa,bizi yenənləri də bizlər yenməliyik. Bu inamlı savaşda inancımız sarsılmamalıdır. 

Mərkəzi şovinist fars hökumətinin yerləşdiyi Tehrandan bəhs edərkən müəllif göstərir ki,Tehran,Panfarsizm ağacının bitən yeri,bir dil,bir ulus,bir dövlət yaratma fabrikası,farslaşdırma manapoliyasının doğan yeri,təməli cinayətlə yapılmış qul bazarı,azadlığa qənim kəsilən mafiya yığnağı,biz Türklərin yazqısını (taleyini-A.Q.) çirkli qələmlə pozmağa çalışan sömürgəçi güclərin yuvarlaq masasıdır.Burası bizə və mənliyimizə qarşı düşmən biçilən qorxunc şəhərdir! Burası ŞEYTAN YUVASIDIR!

Müəllif yeri gəldikcə farsların Türklərə qarşı düşmən münasibətini,şah qədarlarının Milli Hökuməti qan içində boğduqdan sonra Azərbaycan Türkləri- nin başına gətirdikləri müsibətləri və bunun səbəblərini siyasi cəhətdən şərh etmiş, obrazlarının dili ilə şovinist farslara nifrətini ifadə edərək göstərmişdir ki, mən həyatda belə bir zalım qövm görmədim.Bunlar Hitlerin də,faşistlərin də üzünü ağa çıxardılar.Bu şərəfsizlər ruhumuzu,Türklüyümüzü,dilimizi canımız- dan qoparmağa çalışırlar.Ancaq bacarmayacaqlar.Çünkü onların ömrü hər zaman qul kimi xidmətdə keçib.Farsların bir millət olaraq dünyaya verəcək heç bir şeyi yoxdur,nələri varsa,o da Türklərin ağalığındandır.İndi bu kaftarların  əlinə fürsət düşüb.Allah bizim bəzi şah babalarımızı bağışlamasın!Onlar bu dünyanı öz millətlərinə Cəhənnəm etdilər.Allah onların yerini Cəhənnəm eləsin! Yoxsa bu alçaq farslar nə bilir dövlət nədir?Allah Rusları da,İngilisləri də bizim şah babalarımızın yanında yandırsın!Bir gün VƏTƏN ŞƏHİDLƏRİNİN intiqamı alınar,əlbət ! Bu qanlar yerdə qalmaz,əlbət!

Milli Hökumətin rəhbəri Seyid Cəfər Pişəvərinin düşmən əli ilə Təbrizi tərk etməsini siyasi səhv hesab edən,sürgün qəhrəmanının dili ilə,ürək ağrısı ilə qələmə alan müəllif göstərir ki:”Ay Ata Pişəvəri!Bizləri kimlərin əlinə buraxıb getdin!Səndən sonra bu Millətin başına gətirilənləri düşündünmü heç?Heç düşündünmü ki,əlifbanı bilməyən zırrama bir fars əsgəri Millətinə qarşı “Türkə xər”bağıracaq!Heç düşündünmü ki,səndən sonra qurulacaq minlərcə dar ağacını,diziləcək minlərcə qursun sırasını?Heç düşündünmü bunları,ey mənim sevimli Atam!”

Müəllif yeri gəldikcə obrazlarının dili ilə Milli Hökumət üzvlərindən olan Firudin İbrahimidən,milli şair Biriyadan,onların fəaliyyətindən,başlarına gətirilən bəlalardan bəhs etmiş,onların fikir və çıxışlarına əsərində xüsusi yer vermişdir.Ədib əsərində tez-tez milli şair Biriyanın aşağıdakı məşhur şeirini öz obrazının(Kişixan əminin) dili ilə səsləndirərək bu məğrur kişinin ümidini itirməkdə olan sürgün arxadaşlarına necə ruh verdiyini bədii boyalarla əks etdirmişdir:

        “Lənət,qara zindanlara,şallaqlara lənət!

          Lənət setəm-o cəbr-o,fəlakətlərə lənət!

          Lənət törəyən qanlı cinayətlərə lənət!

          Lənət kəcə,kəmbinlərə,batillərə lənət!

          Lənət əsəbi,qorxulu qatillərə lənət!”

Yazıçı əsərində sanki Güney Azərbaycanın və bütövlükdə “Türk Azərbaycan Yaylası”nın–Batı Türküstanın haradan başlayıb harada bitməsinin canlı xəritə- sini faktlar əsasında cızmışdır.Bunun üçün müəllif əsasən arxeoloji qazıntılar nəticəsində əldə edilmiş maddi mədəniyyət nümunələrinə,toponomik adlara və dil faktlarına əsaslanmışdır.

Müəllif həmçinin obrazının dilindən Kür-Araz,Urmu,Şumer,Elam mədəniyyə-tindən bəhs etmiş,bu kimi məsələlərin Güney Azərbaycan və bütövlükdə “İran” deyilən məmləkətin mədrəsələrində tədris edilməməsinin səbəblərini müəyyən-ləşdirmiş və göstərmişdir ki,bunun birinci səbəbi rus və fars şovinistlərinin ”Türk”adına düşmən münasibət bəsləmələrindən,ikincisi,Türklərlə bağlı bilgi- lərin rus və fars tədqiqatçıları tərəfindən gizli saxlanılmasından, üçüncüsü, Stalinin zorla doğma Türk adını,Türk mədəniyyətini,Türk dilini qondarma “Azəri” adına çevirməsindən,dördüncüsü,bolşeviklərin Azərbaycanı sovetləş- dirməklə hər şeyi “proletkultçuluğa”(proletar mədəniyyətinə)tabe etdirməsin- dən,beşincisi,Güney Azərbaycan Firqə başçılarının rus-sovet ideologiyasına vurğunluğundan,altıncısı,rusların Azərbaycanı Türkiyədən uzaq tutmasından, yeddincisi,Liderlərimizin öz gerçək milli kimliyimizdən,milli varlığımızdan xəbərsiz olmasından,səkkizincisi,bilənlərimizin sürəkli olaraq gözləmə mövqe- yində bulunmasından və nəhayət “sapı özümüzdən olan baltalar və içimizdəki şeytanlar”dan ibarətdir.

 “Farsların və rusların Türklərə qarşı baxışları faşizmdən də betərdir”-deyən müəllif göstərir ki,bunlar öz varlıqlarını Türküstan məzarlıqları üzərində qurduqlarını unutmamalıdırlar.Bir gün gələcək bu MƏZARLIQ ayağa qalxa- caq və üzərindəki hər şeyi torpağa göməcək!

Milli Hökumət yetkililərinin buraxdığı siysi səhvləri də qeyd edən müəllif göstərir ki,Firqənin iş başına gəlməsilə “Beşoymaq”xanları Azərbaycan Hökuməti ilə anlaşa bilməmiş,Firqənin yanlış,sinifçi kopyaçı qafası hesabına Türk feodalları şahçı fars dövlətinin yanında yer almışdılar.Biz yüzillərcə bu yurda kölgə salan TÜRK XANLARINI,Əfşarlıları,Zülfüqarlıları özümüzə düş- mən etdik.Düşmənimiz isə bizdən olan Xanları bizim üzərimizə saldırtdılar.Ona görə də həm Təbrizdəkilərə,həm də Zəngandakılara tərbiyəsizlik etdik.Biz siya- sətimizi də hərbi siyasətimiz kimi uduzduq.

Obrazların dilindən yazar”düşmən xəyanət etməz,məhv edər,öldürər,xəyanəti isə içimizdəkilər edər.Rusa inananın sonu bizim kimi olar-evi yıxılar,boyu solar, soyu quruyar,fars köpəklərinə qul olar”-deməklə əslində Milli Hərəkat başçılarının siyasi səhvlərini nəzər-diqqətə çatdırmış və haqlı olaraq“öz ayağı üstündə dura bilməyən” bir xalqın inqilab etməsini qəti şəkildə rədd etmişdir.

Əsərində yeri gəldikcə meydandan qaçan başçıları obrazlarının dili ilə ifşa edən müəllif göstərir ki,”başsız qalmış igid,sonadək düşmənlə mərdcəsinə vuru- şan FƏDAİLƏRİMİZİN günahı nə idi ki,qəddar düşmənlər qaçan başcıların öcünü AZADLIQ üçün bütün var-yoxunu,ailəsini,özünü qurban verən Azərbaycanın FƏDAİ  TÜRKLƏRİNDƏN çıxdılar?!”.

Azərbaycan Türklərinin başına gətirilən bu müsibətlərin,bu hailələrin əsas “usta oyunçuları” olan Rusiya,İngiltərə və Amerika dövlətlərinin öz çıxarları hesabına yeni bir İran-Turan qarşıdurması yaratmasını siyasi cəhətdən şərh edən siyasi xadim Eldar Bəy Qaradağlı öz sevimli obrazının dilindən göstərir ki, “biz bu böyük teatrın kiçicik bir küncünün oyunçuları olaraq sonunu hesablaya bilmədiyimiz bir oyunun içinə girdik.İnsanlığın “siyasət bazarı”nda satılması, “kökün budağa” qurban edilməsi kimi ssenarilər bir MİLLƏTİN MİLLİ MƏNLİYİNİ,MİLLİ KİMLİYİNİ qan dənizində boğdurdu.Bu “usta yönəltmən- lər” bir araya gələrək fars şairi Firdovsinin “Şahnamə” əsərindəki əfsanələrə dayanan fikirlərini gerçək yaşama çevirərək İRANI  TÜRANA qalib qıldılar. Firdovsinin arzu etdiyi on minlərlə TURANLININ qanı axdı.Hakimiyyəti tama- milə farsların əlinə verməklə onların üzünü yüz illərdən sonra güldürdülər. Əvəzində “usta Marsimon”lar “Şahnamə”yə etdikləri xidmətlərindən dolayı “Sülh və İnsanlıq” medalına layiq görüldülər. TURANIN yenilgisi İran üçün elə dadlı görünürdü ki,onun keyfini uzun zaman yaşamaq gərək imiş.Biz bu keyf çıxarmanın səhnələri olaraq bu diyarın hər yerinə səpələndik. 

                                               XXX      XXX      XXX

 “Trilogiya”nın 2-ci cildində müəllif əsasən sürgün edilən Azərbaycan Türklərinin son durağı olan əhalisi tərk olmuş,xarabaya çevrilmiş “Sürgün Bataqlığı”olan Bədiabadda keçirdiyi məşəqqətli günlərdən bəhs etmişdir.

Milli Hökumətin devrilməsindən sonra milyonlarca TÜRKÜN VƏTƏNİ AZƏRBAYCANDAN didərgin salınmasını,məşəqqətlər içində məhv olmasını, olmazın müsibətlər çəkməsini,sürgündən sürgünə atılmasını ürək ağrısı ilə qələmə alan müəllif,bunun əsas səbəbini “Cavadiyə məhəlləsi”ndə rus,ingilis və fars yetgililərinin başda Pişəvəri olmaqla Milli Hökumət başçılarının ağlını çalaraq müqavilə imzalamasında,Firqə başçılarının rus “ayıları”na inanmasın- da görmüşdür.Yazar bununla bağlı obrazının dili ilə göstərir ki,”Cavadiyə məhəlləsi”ndə rus,ingilis,fars birlikləri AZƏRBAYCAN TÜRK MİLLƏTİNİN “qarayazısı”nı imzaladılar.Həmin bu Cavadiyədə onlar başda baba Pişəvəri olmaqla başçılarımıza yaxından-uzaqdan basqı yapmaqla “qara anlaşma”ya çəkdilər.Anti-Türk rus,ingilis və fars yetgililəri bir araya gəlincə Türk babaları- mız dönüb “Azəri” oldular.Bizə “Türkə Xər” deməyə zəmin yaradan babaları- mızın “Azəri” anlayışı siyasi aşamaya yüksəldi.Biz “Türk” deyilik, bizi “Türkə xər “ ilgiləndirməz.“TÜRK Türkiyəlidir”-deyə uyan Firqə başçıları,rus“ayısı”- na öz ata-analarından daha çox inandılar.Amma düşmənin ən böyük niyyəti TÜRK varlığını AZƏRBAYCAN torpaqları üzərindən silmək idi.Onlar güclü, qalib,ideolojik dövlətlər olaraq bunu bacardılar.Bizsə keşkə, bağımsızlığımızın məğlubiyyət səbəblərini gələn nəsillərə ötürə bilsəydik.     

Müəllif,Bədiabadda 60 nəfərlik məşəqqətli sürgündən sağ qalanların, bir ailəyə çevrilmiş Türk sürgündaşların gündəlik ağır həyat tərzləri ilə yanaşı, onları bu günə salan Türk düşmənlərinə nifrət bəsləyən,Türkün keçmiş tarixini, qəhrəmanlarını bu sürgündaşlara öyrədən,özü də bu sürgündaşlardan biri olan, əsərin inqilabçı ziyalı qəhrəmanı müəllim Cabbar əminin dili ilə belə səciyyələn- dirir: “Bizim zəlil düşmənimizin gözü kordur.Bu MİLLƏTİN tarix yaşında yaşı var.Onun Çindən tutmuş Avropaya,Unçu Qaladan çəkilmiş Zaqroslaracan damarı vardır.Bu zavallı qanmazların(Farslar nəzərdə tutulur-A.Q.) savadı buna çatmaz.Bunlar “sapı özümüzdən olan” üzdəniraq bəzi aydın kəsimi satın almaqla birlikdə Türk düşmənlərinin əlilə dövlət olublar.Başqa yandan isə  anlamırlar ki,Türklərə ölüm yoxdur!İslamdan sonra buğun “İran” deyilən ölkə 1100 il Türk sülalələrinin əlində olmuşdur.Quldur Rza zorla ələ keçirdiyi Qacar dövlətini “İran”dövlətinə çevirərək Türk millətini qırdığını qırdı,qalanlarını isə didərgin saldı.Bütün ailələrimizi,əzizlərimizi gözlərimizin qarşısında qurşunladı-lar,külüklə,bellə,oraqla,daşla,kəndirlə öldürdülər.Doqquz aylıq hamilə gəlinə rəhm etmədilər.Ana dilini istəmək suçundan öncə zorladılar,sonra isə özüylə doğulmamış körpəsinə qıydılar.Təbrizi başına yıxdılar,onu “Bayquş Yuvası”na  çevirdilər.Yurdumuzun Urmusuna, Ərdəbilinə,Marağasına,Əhərinə,Muğanına, yazıq Zənganına və məmləkətin dörd yanına heç rəhm etmədilər.Təbrizdə bir MİLLƏTİN milli iradəsi qarşısında cinayət törədildi.Xoyda,Urmuda,Salmasda, hətta Quşçuda,Köhnə şəhərdə əliyalın MİLLƏTİN üzərinə top qurşunu yağdır- dılar.Balalrın darağaclarına tapşırdılar,ailələrini,qocalarını sürgün etdilər,qızla- rına rəhm etmədilər,analarını ağlar qoydular.On minlərlə ailənin gəncini qırdılar,iffətini pozdular,geridə qalanını da param-parça etdilər. Nədən?

–Ona görə ki,quldur Rzanın zorla yaratdığı “İran”adlandırdığı dövləti farsın “Cənnət”i,Türkün “Cəhənnəm”i olsun!

–Ona görə ki,Türk,Ərəb,Bəluc,Lur,Kürd,Lək,Gilək kimi başqa xalqlar farslaşsın! Ölkədə insanlıq deyil,farslıq hökm sürməyə başlasın.Başda TÜRKLƏR olmaqla xalqlar göz görə-görə yaşamaq xatirinə farslaşsın,özgələşsin.Məmləkətdə bütün həyat alanını öz basqısı altına alan bir”İran” sindromu formalaşdırılsın.

Artıq yeni “fars insanı” yaratma fabrikasının matoru bir an belə dayanmaq bilmədən çalışırdı.Burada bir insan kimliyi deyil,”fars-İran” kimliyi formalaşdırılırdı.Burada “insan” olmaq yasaqdır.”Bir dil,bir ölkə,bir şah” damğası üçün “fars” termini yetərlidir.Məmləkətin belə bir vəziyyətində AZƏRBAYCANDA hələ də işsizlik, yoxsulluq,baxımsızlıq, yoluxucu xəstəliklər,mühacirlərin tutulub cəsusluqda ittiham edilməsi,el-obaların dağılması,kəndlərin talanması,Mərkəzi şah hökumətinin əlilə qanmaz xanların öz MİLLƏTİNƏ qarşı silahlanması,gizli sürgünlər,iş tapmaq ümidilə gənclərin VƏTƏNİ tərk etməsi,jandarma və polisin şəhərlərdə,kəndlərdə TÜRK MİLLƏTİNƏ qan qusdurması və minlərlə MİLLİ FACİƏ hər gün,hər saat davam etməkdə idi.

Dünyada İran kimi əhalisinin rəsmi dövlət dilini (fars dilini-A.Q.)bilməyən ikinci bir ölkə yoxdur.

Müəllif obrazının dili ilə şovinist fars rejiminə lənət oxumaqla yanaşı,Türklüyünü qanmayan şahlarımıza,ayətüllahlarımıza,yıpranmış ağalarımıza,beyinləri farslaşdıran, şiələşdirən,İraniləşdirən “demokratlar”a da lənətlər yağdıraraq göstərir ki,”İran qoşununu farslaşdıranlara,öz MİLLƏTİNİ başqa millətin canqoruyanı edənlərə, Türklüyünü bilməz qanmaz şahlarımıza,farcanı özünə şiə möhürü qılmış Ayətüllah- larımıza,kiçilmiş-ufanmış ağalarımıza,sizlərin,bizlərin beynini farslaşdıran,şiələşdi- rən,İraniləşdirən demokrat fasonlara lənətlər olsun!Yazıqlar olsun belə bir durumda azadlıq dilyən ULUSUMUZA,on minlərlə qanında boğulan suçsuz insanlarımıza! Yazıqlar olsun Təbrizimizə,Ərdəbilimizə,Zənganımıza,Urmumuza,qarış-qarış VƏTƏNİMİZƏ!Yazıqlar olsun rusların felinə aldanan yazıq başçılarımıza!”

Bugün MİLLƏTİMİZİN ayaqlar altında əzilməsinin ən böyük səbəblərini unut- qanlığımızda görən ədib göstərir ki,”biz niyə belə unutqan millətik?Bizə nələr olub? Görəsən öz varlığına bu ölçüdə biganə qalan başqa bir millət varmı?Biz necə millətik, Tanrım?Urmuda soyqırım olur,Təbrizdə kimsənin bilgisi olmur.Təbrizdə şah qırıcıla- rı MİLLƏTİ bombardıman edir,Ərdəbildə bilgisizlikdir.Ey Tanrım,bəs TÜRK SƏNİN ”GİZLİ QILINCIN,ORDUN,ƏZİZ ULUSUN” idi!Bumu SƏNİN “GİZLİ QILINCIN,ORDUN,ƏZİZ ULUSUN?”TÜRKLƏRİN bu dünyada heçmi dostu yoxdur,hətta SƏN belə,ey ULU TANRI ?!Mərhələ-mərhələ qırılan bizim MİLLƏTİMİZ deyilmi?Qıran,talayan,quldurca irzimizə,namusumuza təcavüz edən bizim düşmənlərimiz fars,rus,erməni(oxu:hay),kürd deyilmi?Keçmişini unudan bizlərin gələcəyi də dumanlar içində olacaqdır.

Xalqımızın bugünə düşməsini millətin öz milli kimliyindən,öz inanc sistemindən imtina edib yad dini-məzhəbi ideologiyalara saplanmasında görən müəllif,xalqını özünə qayıtmağa səsləyərək  qəhrəmanının dili ilə göstərir ki,”biz TÜRKLƏR nə zamanacan qibləmizi itirəcəyik?Nədən bizim qibləmizi VƏTƏN deyil,özgə din-məz- həb,özgə ideologiyalar oluşdursun?Nədən biz ilk”Əqsa məscidi” ilə uyuduq,sonra “Həram məscidi” ilə kimlik dəyişdirdik?Din yetmədi,bir də siyasət qibləsi(Sovetlər nəzərdə tutulur-A.Q.) başımızı döndərdi!Nədən başçılarımız özgə ideologiyaların xalqımızın başına necə dərin fəlakətlərə yol açmasını ölçə bilmədilər?Bizim qədim TANRIMIZIN qibləsi yoxdur.YARADANIN qibləsi olmaz!Bizim TANRIMIZ yaratdığı bütün insanların ürəyindədir.Biz müsəlman olmadan öncə TƏK TANRIÇI TÜRK olmuşuq!

Müəllif yeri gəldikcə 1917-1918-ci illərdə Xoyda,Salmasda ,Urmuda baş verən hadisələri də qısa şəkildə qələmə almış,obrazının dili ilə göstərmişdir ki,ilk erməni- asuri birliklərinin Ciloları,sonra cinayətkar İsmayıl Simitqo rusların və ingilislərin yardımı ilə yüz minlərlə TÜRKÜ qətlə yetirmiş,soyqırım törətmişdilər.Sonra yerli Türklərin başçısı,el qəhrəmanı Kazım Xan ermənilərə qarşı savaşmış,qardaş TÜRK qoşunu imdada gəlmiş,irq,namus,varlıq düşmənimizə çevrilən erməni,asuru,rus birlikləri “siçan deşiyi”nə girmişdilər.Ulusumuz yenicə özünə gəlməyə başlamışdı ki, bir də kürd terror bəlası başımıza qondu.Ermənilərdən umudsuzlaşan ruslar terrorist kürdlərə üz tutdu.Rus silah-sursatı kürd əşirətlərə axıdıldı.Terrorist Smitqo Azərbay- canı “kürd bayrağı” altına çəkmək ehtirası ilə alovlandı.Duz-çörək tanımaz xain kürd  terroru qarşısında candan düşmüş el-obamızın yeni soyqırımı başladı.Fürsətdən yarar- lanaraq yarağa sarılmış qanmaz kürd terrorizmi erməni qırğınından betər oldu.Yenə VƏTƏNİ ,VƏTƏNDAŞI qorumaq işi igid VƏTƏNSEVƏRLƏRƏ düşdü.

Bütün bu rəzalətlərə baxmayaraq ədib Xalqı başını dik tutmağa,Xalqın özünü yenidən öyrənməyə,yalançı tarixin zəncirlərini qırıb TÜRK olmağa səsləyir və obrazının dili ilə deyir:”Bizlər nə zəlilik,nə də rəzil!Bizlər yenilmiş TÜRKÜK! Biz özümüzü yenidən öyrənəcək,içimizdə olan bütün yalan öykülərimizi silib tullayacaq, yalançı tarixin zəncirlərini qırıb atacaq,doğruları öyrənib TÜRK olacayıq!

XXX        XXX      XXX

“Trilojiya”nın 3-cü cildi əsasən 1950-1970-ci illərdə “İran” deyilən məmləkətdə baş verən ideoloji-siyasi hadisələrə–Müsəddiq hökumətinə,29 Bəhmən (18 fevral)  1978-ci il Təbriz üsyanına,Şəriətmədari Hərəkatına,Xomeynini hakimiyyətə gətirən İslam İnqilabına–əsərin əsas obrazlarından olan Cəvanşirin Tehranda başlayıb, Təbrizdə davam edən və nəhayət, Yöteborqdakı həyatına və Cabbar müəllimin “Xatirələr dəftəri”ndən ( Bu “ Xatirələr dəftəri “ Cəvanşir həbs edilərkən SAVAK- ın əlinə keçmişdi-A.Q.)Cəvanşirin yaddaşında qalanlara həsr edilmişdir.

Müəllif 1950-1953-cü illərdə İranda baş verən siyasi hadisələri obrazının dili ilə şərh edərkən göstərir ki,ölkədə bir gün şah maskalı ingilisçilər,başqa bir gün “milli” maskalı liberal amerikançılar,başqa bir gün də maskalı rusçular “qələbə marşı” çalır, ortada qalan zavallı kütlə isə özgəliklərin arasında sıxılıb əzilirdi.Tehran toplumsal çöküşə uğramışdı.Çalxantılı günlər getdikcə artırdı,Dr.Müsəddiqin başçılığı ilə AZƏRBAYCAN qatili Ə.Qəvam arasında mücadilə daha da böyüyürdü. Müsəddiqin əksinə olaraq Qəvam insanlar tərəfindən sevilməyən bir qatil siyasətçi kimi tanınırdı. Onun siyasətini hiylə ilə aparmağına,cəllad Məhəmməd Rza Pəhləvi şaha etdiyi bütün xidmətlərinə baxmayaraq olumlu qarşılanmır,sonda xalqdan qaçmaq üçün sığındığı Şah Dərbar belə ona üz vermədiyindən İraqa qaçmaq məcburiyyətində qalmışdı.

Müəllif əsərində “Tudə” Partiyasının fəaliyyətindən,onun Azərbaycan Demokrat Firqəsinə qarşı yürütdüyü ikiüzlü siyasətdən,onun dəyişkən davranışlarından bəhs edərək obrazının dili ilə göstərir ki,bu Partiya bir gün neftin milliləşdirilməsindən, başqa gün Sovet dövlətinin İranda olan maraqlarını savunmasından danışaraq ona inanan hər kəsi çaşbaş salır,nəticədə ona inanan zavallı işçilər şahın polisi və ordusu- nun əlilə qurban gedirdilər.Bu dövrdə də Tudə Partiyası bəzən Müsəddiqi müdafiə edir,bəzən isə Müsəddiqi yıxmaq üçün İngiltərə,Amerika və Şahdan geri qalmırdı.Bu Partiya üzvlərinin gözü-qulağı ancaq Moskvaya dikilmişdi.Bu Partiya Moskvanın hər an dəyişən ssenarisinin teatr meydanına çevrilmiş,külək kimi bəzən sola,bəzən sağa əsməklə bütün çevrəsini çaşbaş salmışdı.

Müəllif dövrə siyasi qiymət verərək göstərir ki,Müsəddiqin səyi nəticəsində neft artıq milliləşdirilərək dövlətin və xalqın milli varlığına çevrilmiş,Şah ölkədən qaçmış, nefti milliləşdirdiyindən Amerikanın əliliə Müsəddiq hökuməti devrilmiş,Şah  yenidən ölkəyə qaytarılmış,şahın dönməsilə İngiltərə öz yerini Amerikaya tərk etmişdi.Amerika şahın gücünü artırmaq üçün bütün ölümsüz varsayımları aradan qaldırmış,bazarı,qızılı,nefti,ordunu,şah sarayını əlində cəmləşdirib ölkəni idarə etməyə başlamış,şah da özünü “Şahənşah” elan etməyə hazırlaşmış,bir müddət sonra sayılı dünya liderlərinin iştirakı ilə“Tacqoyma mərasimi”keçirərək özünü“ Şahənşah” elan etmişdi.Bu dövrdə yeni dövlət alanını genişləndirməkdə olan İsrail öz “MOSAD”ı ilə yeni Dünya İmperializmi sayılan Amerika CİA-silə İranın “SAVAK”- ını yaratmış,Şahın göz bəbəyi olan SAVAK bütün ölkə boyu fəaliyyətə keçərək bir anını belə əldən verməməyə çalışmış, artıq gizli bəlgələrin üzə çıxma çağı yetişmiş, Azərbaycan Milli Hakimiyyətinin mühacirləri aranmağa başlanılmışdı.

Müəllif 21 Azər Hərəkatının iştirakçısı olmasa da,şah rejiminə qarşı 1978-1979-cu il inqilablarının canlı şahidi və iştirakçısı olmuş,molla rejiminin bütün ağrı-acılarını həyatında yaşamışdır.Belə ki,o,əsərində “Qəsr Qacar”,”Evin”,”Kərəc Qızıl Hisar” zindanlarında suçlu və ya suçsuz olan dustaqların başına gətirilən bütün qəddarlıqları  canlı təsvir etmişdir.

Yazıçı əsərində Mir Kazım Şəriətmədarinin Qumdakı fəaliyyətindən,orada mitinqlərdə fəal iştirak edən Türk tələbələrin şah rejiminin cəlladları tərəfindən qəddarlıqla öldürülməsindən,getdikcə şah rejiminə qarşı xalqların ayaqlanmasından, Təbrizdə baş verən 29 Bəhmən (18 fevral) 1978-ci il üsyanından,ondan sonra bu üsyanın daha da alovlanmasından,inqilabın getdikcə farsçılığa,İrançılığa yönəlməsin- dən,Tudə,Fədai,Mücahid və bir çox sol,liberal,dinçi təşkilatların açıq fəaliyyətə başlamasından,Pişəvərinin yaratdığı Azərbaycan Demokrat Firqəsinin KQB-nin tapşırıqlarını yerinə yetirən İran Tudə Partiyasna birləşərək “İran Tudə Partiyasının Azərbaycan Əyalət Təşkilatı Azərbaycan Demokrat Firqəsi” adlanaraq onun yemi olmasından, Şahın qaçması ilə “Şah rejimi”nin devrilməsindən,yerinə Xomeynin başçılığı ilə daha geriçi,dinçi rejimin gəlişindən bəhs etmişdir.

Müəllif bütün bunlara siyasi qiymət verərək göstərir ki:

1.Böyük ümidlərlə baş tutan İnqilabın ilk günlərindən başlayaraq mollalar hakimiyyəti mənimsəmiş,soldan tutmuş sağa qədər inqilab ortaqları Xomeyni və onu hakimiyyətə gətirənlər qəddarlığa başlamış,”İran Cumhuriyyəti” əvəzinə dinçi-təri- qətçi “İran İslam Cumhuriyyəti” elan edilmiş,Marksist- Leninçi kommunist kimliyi daşıyan Tudə Partiyası İslam şəriətinə boyun əyərək yarandığı gündən başlatdığı silsiləvi xəyanətlərindən birinin də altına imzasını atmış, Fədai təşkilatı da Tudə xəyanətinin təsirinə düşmüş,Xomeyniyə ilk dəfə olaraq “İmam” titulu verən genişmiqyaslı müsəlman təşkilatı olan Mücahidlər “Münafiq” elan edilmiş,Türklərin dini lideri Şəriətmədarinin dəstəyi ilə “liberal” kimliyi daşıyan “İran Müsəlman Xalqı İslami Cumhuriyyət Partiyası” yaradılmışdı.

2.Gün keçdikcə İran Müsəlman Xalqı İslami Cumhuriyyət Partiyasına qarşı Xomeyninin “İran İslam Cumhurisi Partiyası”nın basqıları artmış,bu işdə Xomeyni irticasının quyruqları olan Tudə,Fədai və Mücahid təşkilatları rəsmi olaraq Azərbay- can Türk Millətinin milli problemlərinə qarşı farsçı-şiə Xomeyni rejimini müdafiə etmişdilər.”Xomeyniçi Anayasası”nın qəbul edilməsilə Şəriətmədarinin demokratik və çağdaş istəkləri rədd edilmiş,onun “Əyaləti-Vilayəti-Əncümənlər” formulu qəbul edilməmiş,”Vilayəte Mütləqeyi Fəqih” vətəndaşların iradəsini sıfırlamaqla diktatorun gücünü “Tanrı gücü” səviyyəsinə qaldırmışdı.

3.Təbrizdə Tehran rejiminə qarşı mitinqlər güclənmiş,Xomeyninin təyin etdiyi əslən Türk olan Mehdi Bazerqan Azərbaycan xalqına qarşı çıxmış,Xalxali Tehranda, Hüseyn Musəvi Təbrizdə milləti incidərək qırmış,Xomeyninin pususuna düşən Şəri-ətmədari Təbrizə gələ bilmədiyindən ayağa qalxmış Azərbaycan xalqı vahid liderindən məhrum olmuş,Xomeyninin tapşırığı ilə Xomeyniçilər Şəriətmədariyə qarşı ağır ittihamlar irəli sürmüş,Xomeyni Şəriətmədarinin ölüm hökmünü imzalamışdı.

4.Rejimin Təbrizdə milləti ikiyə bölməyi bacarmasilə xalqın gücünü azaldaraq Xomeyniçilər Tehran və başqa yerlərdən oraya silahlı inqilab qoruyucuları axıtmış, Xalq Müsəlman Partiyasının qurucularının qaçması ilə xalqın əliyalın qalmasından istifadə edən Tehranın farsçı rejimi edamlara rəvac vermiş,AZƏRBAYCAN TÜRK- LƏRİNİN qanına susamış panfars-şiəçi rejimin yenidən MİLLƏTİ məhv etməyə, ONU yeni-yeni sürgünlərə,qaçqınlığa məruz qoymağa başlamışdı.

Müəllif əsərdə intim romantik təxayüldən daha çox real tarixi faktlara əsaslanaraq öz siyasi-ideoloji baxışlarını cəsarətli şəkildə,heç bir tənqiddən çəkinmədən,öz məntiqinə əsaslanaraq əks etdirməyə çalışmışdır.Belə ki,əsərinin əsas obrazlarından biri olan Cabbar müəllimin Cavanşirin yaddaşında qalan “Gündəliyi”ndə öz əksini tapmış bir bölümdən bəhs edərkən müəllif yenidən 1941-1945-ci illərdə Azərbaycan- da baş verən hadisələrə və Azərbaycan Milli Hökumətinə,onun uğur və qüsurlarına siyasi qiymət verərək göstərir ki,Azərbaycanın quzeyində Stalin,güneyində Məhəm- məd Rza şah-bu iki TÜRK düşməni Türk varlığına qarşı böyük cinayətlər törətdiklə- ri halda bizim aydınlarımız Kəsrəvi  kimi “sapı özümüzdən olan baltalar”a,xainlərə uyaraq farsların dəyirmanına dən tökür,öz Türk kökümüzü qazımaqla məşğul idilər. Nədən Millət öz cəddini TÜRK bilərkən illərini Rza şahın zindanlarında keçirən mübariz arxadaşlar rus-fars qardaşlığının tuzağına düşürlər!Bizim Firqə başçılarımız anlamadılar ki, TÜRK düşməni Stalin hətta Güney Azərbacan Sovet olarsa belə Qafqazdan Zaqroslara qədər olan BÖYÜK AZƏRBAYCAN istəmirdi.

Onlar anlamadılar ki,başda Stalin olmaqla Sovet Rusiyası,Firqəni də,Azərbaycan Demokrat Hökumətini də satmışdılar.Rusların namərdcəsinə Azərbaycanı yalnız buraxması ilə başçımız Pişəvərinin açıq-aşkar çarəsizliyi özünü göstərməyə başlamış, onun son yazılarında sinir gərginliyi,çaşbaşlıq kağız üzərinə,oradan da xalqın içinə axaraq ümidsizlik yaratmışdı.Hətta Ankara radiosunun rəsmi bir verilişində “İranda AZƏRBAYCAN TÜRKLƏRİNİN istiqlaliyyət uğrunda mücadiləsi davam edir.Bu MİLLİ  DAVANI müdafiə etmək bütün demokratik qüvvələrin,o cümlədən də BMT- nin borcudur!”-kimi açıq mesajını Pişəvəri düzgün anlamamış,anlasa da Sovetlərdən ehtiyat etmiş,bəlkə də bu mesajı artıq dünyada söz sahibi olmuş Sovetlərdən bəkləmiş və bununla bağlı Türkiyəyə qarşı bir məqaləsində göstərmişdi ki,”Türkiyə radiosu ara qızışdırmaqla məşğuldur.Bu radionun danışıq tərzi bizi həddən artıq düşündürür. Onlar Azərbaycanın müstəqil dövlət olmasını irəli sürürlər.Onlar bu yalanları ilə Azərbaycanın dünya toplumu içində imicini qaralamağa çalışırlar.Biz,milli demokra- tik hərəkatımızın başlanğıcından bəri demişik ki,Osmanlı Əfəndilərin ağzı sulanma- sın!Bu keçədən onlara börk olmaz!Azərbaycan nə istərsə,İranın içində qalmaq şərtilə istər!Mərkəzi Hökumətlə bizim aramız yaxınlaşdıqca Ankaranın qorxusu artır…Biz Azərbaycan xalqını İrandan ayırmağı düşünmürük.Türklər bunu anlayıb xaincə səslə- rini bizdən uzaqlaşdıraraq bizi öz halımıza buraxsınlar!”

(Halbuki Pişəvəri baba Türkiyənin yuxarıdakı mesajını vaxtında düzgün dəyərləndir-səydi,vəziyyət bəlkə də tamam başqa cür olardı-A.Q.)

Pişəvərinin ilk əvvəllər Sovetlərə arxayın olaraq Türkiyəyə qarşı çıxmasına baxmayaraq bu səhvini anlayıb Türkiyə radiosunun rəsmi mesajında irəli sürdüyü fikri daha da əsaslandıraraq Azərbaycan Milli Hökuməti adından BMT-nin Baş Assambleyasına aşağıdakı məzmunda rəsmi “ Müraciət”lə başvurmuşdur.Bu “Müraciət”in bəzi yerlərini Eldar Bəy Qaradağlı öz əsərinin son bölümündə öz oxucularına çatdırmışdır.”Müraciət”də deyilir:

…İran zülmkarları Azərbaycanı öz hakimiyyətləri altına alaraq,onun sərvətini amansızca talayırlar.Sonucda Azərbaycanın çiçəklənən kənd və şəhərləri dağılmaq həddinə gəlib çatıbdır.Şovinist böyük dövlətçilik siyasəti yürüdən İran hökmdarları Azərbaycanlıların varlığını tamamilə inkar etməyə cəhd göstərir,onların dilini əlindən almaqdan,hər cür təhqiredici əməllərdən çəkinməyirlər…Azərbaycanda demokratik əsaslara dayanaraq bir Milli Hökumət qurulub və öz fəaliyyəti barədə bütün dünyaya məlumat yayıb.Beş milyonluq Azərbaycan xalqı milli dilinin,tarixinin,mədəniyyəti-nin köməyi ilə özünün müasir bir xalq olduğunu dərk etdi və bir də heç vaxt fars zülmünün altında inləməyə,fars dilinin İrandakı başqa xalqların dilləri üzərində ağalığına icazə verməyəcəkdir…Azərbaycan xalqının iradəsi ilə Atlantik Xartiyasına, yəni böyük demokratik dövlətlərin vədlərinə uyğun olaraq qurulan Azərbaycan Milli Hökuməti artıq danılmaz faktdır.BMT Baş Assambleyasına müraciəti ilə,Azərbaycan xalqı xahiş edir ki,Azərbaycan Milli Hökumətinin varlığı faktı tanınsın və kənardan müdaxilə olmadan ona öz taleyinin özü tərəfindən müəyyənləşdirilməsinə təminat verilsin.

Müəllif əsərinin son bölümünü ölkəni tərk edib Avropaya və dünyanın müxtəlif ölkələrinə sığınan qaçqınların həyatından qısa şəkildə bəhs etmiş,əsas məsələləri yenə də öz siyasi-ideoloji baxışlarına yönəldərək qaçqınlığı kəskin tənqid atəşinə tutaraq göstərir ki,bizlər öz torpaqlarımızdan qaçmaqda yüngülayaq millətik.Bizdə VƏTƏNİ tərk etmək bir gələnək halı almışdır.Bütün bunlar da fars faşizmi üçün bayram sayılır.

Halbuki,Vətən,nə qədər insanın qəlbində olsa da,onun köksündə uyumayınca nazlanmasını,oxşamasını hiss edə bilmərsən.Vətən elə bir alovlu yanğıdır ki,onda yanmayan sərin bulud qoynunda isinməz,sıx-sıx açıb-solan gülüstanlıqda yaşam marşı oxunmaz,cığır-cığır su yollarını coşduran daşan selə çevriləməzsən!Vətən belə bir duyğu qaynağıdır!

Eldar Qaradağlı üçün o taylı-bu taylı AZƏRBAYCAN yox,VAHİD AZƏRBAY- CAN vardır.Bütün əsər boyu müəllifin ən çox bəhs etdiyi mövzu VƏTƏN və MİLLƏTDİR.Ədibə görə ,VƏTƏN,Qafqazla Zaqros dağları arasında başı kəsilmiş ARAZIN axan qanıdır.VƏTƏN,yasaq sınırlarını ağ qanadlarında birləşdirən könül-dən-könülə oxşayan türkülərin gözyaşıdır.VƏTƏN,QURD ANANIN ürəyində bitən sevginin ana laylasıdır!VƏTƏN,üstünə ayaq basarkən inləyən torpağın hənirtisidir! VƏTƏN,qan damarından sulanan al yanaqlı qaragöz lalədir!VƏTƏN,qızıl şəfəqdən saçaqlanan AL SANCAQDIR ! VƏTƏN, OXUZXAN DƏDƏNİN öpdüyü TOPRAQDIR!

Müəllif əsərində Güney Azərbaycan oxucusuna yeri gəldikcə siyasi-ideoloji məsələlərlə yanaşı,TÜRKÜN qədim,orta əsr və yeni tarixindən,TÜRK əfsanə və mifologiyasından,şifahi xalq ədəbiyyatından,ayrı-ayrı tarixi şəxsiyyətlərindən də qısa,lakin gərəkli ensiklopedik məlumatlar verməyə çalışmışdır.

Əsərdə diqqəti cəlb edən məsələlərdən biri də romanın dilidir.Bəllidir ki, hər bir xalqın yaratdığı mədəniyyət maddi və mənəvi olmaqla iki qismə ayrılır.Əslində maddi mədəniyyət məhz mənəvi mədəniyyətin əsasında formalaşır.Mənəvi mədəniyyətin əsaslarından biri və birincisi də məhz dil və o dilin sayəsində yaranan ədəbi-bədii,elmi,siyasi-ideoloji və fəlsəfi əsərlərdir.Bütün xalqların dili onların milli- mənəvi mədəniyyətinin tərkib hissəsidir.Dil millətin ruhudur.Bunu dərindən dərk edən yazıçı əyani şəkildə göstərib ki,bir millətin dilini yox etmək o millətin-əsərdə Azərbaycan Türklərinin-özünü məhv etmək deməkdir.Müəllifə görə,öncə şovinist şah,sonra isə molla rejimləri məhz  Azərbaycan Türklərinin dilini məhv etməyə çalışıb və indi də çalışmaqda,”öz doğma ana dilində oxuduqları kitablara görə on minlərlcə soydaşı dar ağacından asmaqda,minlərcə Türk dilində olan kitabları, əlyazmaları yandırmaqda,insanları qurşuna düzməkdə,yüz minlərcə vətəndaşın evini yandırmaqda,namusunu,şərəfini,varlığını buğun də tapdalamaqdadırlar.

Müəllif bir siyasi-ideoloji xadim kimi gözəl bilir ki, hər hansı bir millətə mənsubluğun ilk göstəricisi onun fizioloji quruluşu deyil, dilidir.Ədib əsərində yeri gəldikcə Türk dilinin öz sözlərindən istifadə etməyə çalışmış və özü də Türk dilinin söz yaradıcılığına dayanaraq “qoşaça-fayton,qoştəkər- velosiped,Bilimyurd-Universitet və s.”kimi yeni sözlər yaratmışdır.Yazar”Trilogiya”da xeyli miqdarda gərəkli Türkcə yeni sözlər— arı-təmiz,genəl-ümumi,suç-günah,suçlu-günahkar, gəlişmə-inkişaf,ayaqda yürümək-piyada getmək,daşımaçı-taksi sürücüsü, durum-vəziyyət,sonuc-nəticə, yaşam-həyat, tin-ruh,tən-bədən,iç-daxil,kəz-dəfə,oxul-  öykü-hekayə,şaka-zarafat,öyrətmən-müəllim,özəl-xüsusi,ulus-xalq,millət,onay-rəy, sınır-sərhhəd,öndər-rəhbər,öndərlik-rəhbərlik,dəprəm-zəlzələ,əzinc-işkəncə,qutsal- müqəddəs,yazqı-tale,alın yazısı,varsayım-ehtimal,nəsnə-əşya,cism,öznə-şəxs,subyekt ünlü-məşhur,ünlülük-məşhurluq və s.və ilaxır) işlədərək romana yeni bir ruh,yeni bir canlılıq,yeni bir təravət bəxş etmişdir.

Bütün bu siyasi-ideoloji və elmi-fəlsəfi məsələlərlə yanaşı,xüsusi ədəbi-bədii və poetik təxayülə malik yazar əsərində yeri gəldikcə Türk dilinin incəliklərindən yararlanaraq öz yazıçı ilhamını işə salır,sanki region üçün ortaq bir Türk dili yaratmağa cəhd edir və obrazının dili ilə gördüyü hər Təbiət hadisəsinə bədii bir don geydirməyə çalışır:”Yağışın çiləməsilə yanaşı yarım açıq,yarım tutqun göy üzü bir teatr səhnəsi kimi gülər-ağlar hallara qalırdı.Uzaq  dan yerindən sıçrayan cansız ala- açıq qızılın üzüşməsindən doğan Göyqurşağı az qala başıma qonacaq kimi görünür- dü.Ancaq bu diləyim Təbiətin ortaya qoyduğu sıx-sıx şaka üzündən pozulurdu.Dan qarşısında dimdik ayaqda duran çinarın lümlüt bir budağından damla-damla damcılayan inciləri süngü kimi islaq torpağın üzərinə sancaqlanırdı! Və bunlar hamısı bir umacağın dərin mənliyi kimi içimə sarmaşırdı.Uzun günlərdən sonra…dan yerinin al-açıq ərməğanı,ban səsinin hələ də səslənməsi yaşmaqlı dumanın hər an ağlaya bilməsi,ümidin ölümsüzlüyünü göstərirdi “.

Müəllifin bədii metaforalardan,idiomatik ifadələrdən,məcazlardan,ata sözlərindən, poetik ruhunu daha da zənginləşdirir.

Yazar əsərində bir millətin başına gətirilən müsibətlərlə,hailələrlə yanaşı,bütün əsər boyu iki gəncin- Cəvanşirlə Olqanın  nakam məhəbbətinin faciəsini də obrazlı şəkildə qələmə almış,yeri gəldikcə özünün romantik təxayüllərini canlandırmağa çalışmış və göstərmişdir ki,minlərlə Türk ailəsi kimi Fədai oğlu,bütün ailəsi,qohum-əqrabası şah rejimi tərəfindən qətlə yetirilən Cəvanşirin ömründə ilk və son dəfə sevdiyi qız dədəsi Astaradan,nənəsi Maxaçqaladan olan,atası İlqar,anası Roksananın qızı Olqadır.Olqa Bakıda anadan olmuş,bir müddət İsmayıllıda yaşamış,Bakı Dövlət Bilimyurdunda təhsil alarkən orada atası Xoydan,anası Laçından olan Elçin adlı gənc musiqiçi ilə sevişərək onunla evlənməyə hazırlaşarkən Elçin hökumət tərəfindən Təbrizə göndə-rilmiş və orada bir rus zabiti tərəfindən bıçaqlanaraq öldürülmüşdü.Bunu bilməyən Olqanı da hökumət təyinatla Urmuya göndərmiş və bunu fürsət bilən Olqa nişanlısı ilə görüşmək umudu ilə Təbrizə gəlmişdi.Burada nişanlısının ölüm xəbərini alan Olqa tək-tənha yaşayaraq rus zabiti Aleksandr tərəfindən zorlanaraq hamilə qalmışdı. Olqanı hamilə vəziyyətdə qoyub Rusiyaya gələn Aleksandrdan sonra uşaq dünyaya gəlmiş, 6 aydan sonra uşaq ölmüş,Olqa Azərbaycan Milli Hökuməti dönəmində Təbriz radiosunda rusca diktorluq və tərcüməçilik etmiş, Milli Hökumət yıxıldıqdan sonra şah rejimi tərəfindən rus casusu kimi həbs edilərək zindana atılmışdı.Şah  zindanında da dəfələrlə təcavüzə uğrayan Olqa sürgün kamyonunda sürgündaşı Cəvanşirlə tanış olmuş,onların eşq macərası da bu sürgün yolundan başlanmışdı.

Olqa özü haqqında olan bütün bu yuxarıdakı məlumatları Cəvanşirə bildirdikdə “Yalnız sən zorlanmadın,biz bir millət olaraq təcavüzə uğradıq,Qlqa!”-deyə ona eşq elan edən Cəvanşir:”Mənim üçün sənsiz olmağın anlamı yoxdur.Sənsiz olmaqdansa ölüm daha yaxşıdır.Mən ömrümdə ilk kəz kişi kimi düşünməyə başladım.İçimdə yeni bir böyümə hissi yarandı.Mənim üçün sevginin sərhəddi yoxdur.Sərhədsiz sevgi can çəkən bir həvəsdir.Unutma ki,mən səni sevərkən beynim deyil,ürəyim titrədi.Dilim deyil,bağrım dilləndi.Olqa,mən səni beynimlə deyil,ürəyimlə sevirəm!”

Cəvanşirlə olqa arasındakı məhhəbbətin qarşısını alan süni şəriət qaydalarından bəhs edən müəllif Cəvanşirin dili ilə göstərir ki,lənətlik şəriətin çomağı başımızdan uzaqlaşmırdı.Olqanın yasaq dodaqlarına olan şəriət sınırının qaldırılması üçün gecə- gündüzüm yox idi.Haa ki deyərlər:”iki könül bir olarsa!”Burada iki könül deyil,ellik- cə könüllərin bir olması da zalim şəriəti razı salmağa yetmirdi.Nəhayət rüşvətlə kəbin kəsiləndən sonra bu iki aşiq-məşuq bir-birinə qovuşurlar.

Müəllif Cəvanşirin Olqaya qovuşmasını,onların bir ailəyə çevrilməsini bədii dillə qələmə alaraq Cəvanşirin dilindən göstərir ki,artıq günlərimizin hardan gəlib-getdiyi bəlli olmurdu.Günlərimizin necə keçməsi marağında belə deyildik.Olqaya qovuşmaq, onunla bir yastığa baş qoymaq bütün yaşam fəlsəfəmi oluşdurmuşdu.Tərlanın — atası şah rejimi tərəfindən qətlə yetirilmiş, anası sürgün yolunda ölmüş,Olqa tərəfindən əmizdirilərək yaşama tutulan çağanın—öz oğlum durumuna gəlməsi daha sevindirici hal olmuşdu.Biz üçümüz dünyanın ən xoşbəxt insanları halına gəlmişdik.Olqanın üzü gülürdü.Mənə hər baxdıqca sanki ürəyimdən bir qızılgül qoparır,öpür,üzərimə uzadırdı.

Yazar Cəvanşirin dili ilə sevgi və məhəbbətlə bağlı poetik dünyagörüşünü özünə- məxsus bir tərzdə açıqlayarkən göstərir ki,”Sevgi yaşam kültürüdür!Dərisindən asılı olmayaraq sevginin boyası,şəkli eynidir.O,nə qaradır,nə də ağ.O,hətta ürək şəklində də deyil.Onu nəsnəl ölçümlə deyil,Tanrısal duyumla damla-damla içinə çəkməlisən.  qanadları üzərində bulutlaşmalısan.İslaq olub yağmur kimi yağmalısan.Sevgi belə bir anlamdır.Yaşam sevgidən uzaqlaşarsa,insan diriykən ölür.Sevgidən utanan yasamdan usanar!Sevgini içinə çəkdiyin zaman Tanrı kimi zamansız ol,məkansız ol!

Müəllif göstərir ki,namusu,isməti öncə rus Sovet zabiti,sonra isə dəfələrlə toplu halda şah əsgər və zabitləri tərəfindən zorlanmış,6 aylıq körpəsi həlak olmuş,bir neçə dəfə uşaq salmış bu məsum qızın-Olqanın Cəvanşirlə qurduğu ailə də uzun sürmə-mişdir.Cəvanşirdən hamilə qalan Olqanı Sovet səfirliyi Cəvanşirdən ayıraraq yalnız özlərinin bildiyi bir yerə sürgün etmişdilər.

Bütün yaşayışı boyu evlənməyib Olqanın xəyalı ilə yaşayan Cəvanşirin olduğu hər yerdə–zindanlarda,sərbəst həyatda daxili iztirablarını qələmə alarkən yazar yeri gəldikcə özünün sevgi haqqındakı poetik düçüncələrini obrazı vasitəsilə dilə gətirərək göstərir ki,”Sevgi bir iç savaşıdır,üzə çıxarsa,artıq sevgi sayılmaz!Harada olsam Olqanın qarnı burnunda son ağır baxışları qara deprəm kimi gözümün önünə dikilirdi. Onun bir anda toz kimi gözümdən itməsindən iyirmi il keçsə də,bağrımın başını yan- dıran közü sönmək istəmir.Hələ də Olqanı dəlicəsinə sevdiyimi bütün canımla,ru-humla hiss edirdim.Mən Olqanın eşqilə ən ağır əzincləri yenmişdim.Bu üzdən Olqanı sevməyi,yaşamağı sevmək kimi mənimsəmişdim artıq!Mən bir qutsal dəlilik yolunun yolçusu olmuşdum.Sevda yolunda ölməyin sırrını dirənincə öyrənmişdim.Bu üzdən Olqadan ötrü ölmək deyil,ölümcül yaşama alışmışdım.Bayırda ölmüş-bitmiş Olqa məhbəsdə gözümün içinə dikilirdi.SAVAK-ın işgəncəsilə canlanan Olqa baxışı,Olqa gülüşü,Olqa sevgisi motivləşməm üçün işimə gəlirdi.Onlar məni ruhdan salmağa çalışsalar da tərsinə ruhlanırdım.

85 yaşlı qoca Cəvanşirin cavan qəlbində də Olqa yaşayırdı.Müəllif əsərin sonunda da 85 yaşlı başı bəlalar çəkmiş qoca Cəvanşirin dilindən söyləyir ki,”Sevgilim,Ol-qam!Haralardasan?Varmısan,yoxmusan? Məni duyurmusan?Mən sənin Cəvanşirin, sən isə mənim Olqam qalmısanmı?Mən səninlə son kəz bütünləşmək istəyirəm! Mən əkiz tinli bir tənəm! Tənimdə sevişən əkiz tinlərimdən sonsuz tin doğar.Bu üzdən mən sonsuzam!Hər zaman da sonsuz olacağam!Sonsuz GÖKTANRIM kimi ölüb- diriləcəyəm!Mən TÜRKƏM!Atatürkəm!Sonsuzam! Mən QURDANAYAM!Mən ULUSAM!ULU BİR ULUS !

Müəllif romanında təkcə xalqımızın başına gətirilən müsibətləri təsvir etməklə kifayətlənməmiş,bu faciələrin siyasi-ideoloji təhlilini şərh etməklə yanaşı,həm də gələcəkdə bu səhvlərin təkrar edilməməsi yollarını göstərmişdir.

Eldar Bəy Qaradağlının “Sürgün umudlar” trilogiyası buğun bütün AZƏRBAYCANI bürüyən AZƏRBAYCAN MİLLİ HƏRƏKATININ “BAKI-TƏBRİZ-ANKARA, BİZ HARA, FARSLAR HARA !”, ”HARAY!HARAY!MƏN TÜRKƏM!”şüarlarının siyasi-ideoloji əsaslarının elmi-bədii inikasıdır.

Aydın Mədət oğlu Qasımlı

 Filologiya elmləri üzrə fəlsəfə doktoru,dosent

Həmçinin yoxlayın

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Pərviz Siyabini məzuniyyətə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Güney Azərbaycan Milli …

Bir cavab yazın