Azərbaycanlı fəal Əli Əzizi ETTELAAT İdarəsinin təcridxanasına köçürüldüyünü bildirib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin bir müddət əvvəl yenidən yaxaladığı azərbaycanlı milli-mədəni fəal Əli Əzizi fevralın 26-da ailəsi ilə qısa telefon əlaqəsində rejimin Təbrizdəki ETTELAAT İdarəsinin təcridxanasına köçürüldüyünü bildirib.

Azərbaycanlı fəal anası ilə danışığında hansı ittiham üzrə saxlandığından xəbərsiz olduğunu bildirib.

Qeyd edək ki, irqçi fars rejimin təhlükəsizlik qüvvələri fevralın 23-də fəalın ata evinə hücum edərək onu yaxalayıblar.

Fəalın valdeyinləri rejimin təhlükəsizlik qüvvələrinin məhkəmə hökmünü təqdim etmədiyi üçün onlara müqavimət göstərib. Lakin məmurlar fəalı qanunsuz şəkildə yaxalayıb naməlum istiqamətə aparmışdılar.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın