Çərşənbə , Aprel 17 2024
azfa

Azərbaycanlı fəal Abbas Lisaninin 10 aylıq həbs cəzasının icrası dayandırıldı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, 2018-ci il yanvarın 5-də Ərdəbildə evindən iş yerinə gedərkən yaxalanan və rejimin Təbrizdə yerləşən zindanına salınan tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin 10 aylıq həbs cəzasının icrası dayandırılıb.

Son məlumata görə, fəal məhkəmə prosesi, hökmün məzmunu və onun elan olunması tərzinə etiraz edib. Həbsxana məmurları bundan sonra onu yanvarın 6-da rejimin Təbrizdə yerləşən zindanının karantin bölümündən rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsinə aparıblar. Hakim fəalın yazılı etirazına baxdıqdan sonra həbs hökmünün icrasını dayandırıb.

Hakim Əhrabi fəalın müvəqqəti azadlığa buraxılması üçün 1 milyard riallıq mülki vəsiqə qərarı çıxarıb və yanvarın 15-də çıxarılan qiyabi həbs cəzasına yenidən baxılsın.

Cənab Lisani yazılı etirazında məhkəməyə SMS vasitəsi ilə çağırıldığına, həmçinin qiyabi hökmün SMS vasitəsi ilə elan olunduğuna etiraz edib. Bildirilib ki, çağırış və elan SMS-ləri məhkəmə tərəfindən göndərilməli olan rəsmi vərəqələr barəsində xəbər verməkdən ibarət olub.

Sözü gedən vərəqələrin “Möhsün Bərzgər” adlı bir şəxs tərəfindən təhvil verildiyi qeyd olunub. Həmin şəxsin kimliyi və bu dosye ilə əlaqəsi hələlik aydınlaşmayıb.

Qeyd edək ki, tanınmış azərbaycanlı fəal 2018-ci il iyulun 1-də Babək Qalası Qurultayı ərəfəsində Ərdəbildə saxlanılaraq Təbriz Ettelaat İdarəsinin təcridxanasına, oradan isə Təbrizin Mərkəzi zindanına aparılmışdır.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər Tağızadənin Xural TV-də “İran İsraillə müharibəyə başlarsa, nə itirəcək, nə qazanacaq?” mövzusunda çıxışı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

On yeddi yaşlı yeniyetmə Vahid Əsğərinin qeyri-müəyyən vəziyyətdə həbsi davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Səhənd şəhərində yaşayan 17 yaşlı məktəbli Vahid Əsğəri …

Bir cavab yazın