Cümə axşamı , Aprel 25 2024
azfa

Azərbaycanlı fəal Mehrdad Şeyxi ETTELAAT-ın təcridxanasında saxlandığını xəbər verib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məhkəmədən oğurladığı azərbaycanlı milli-mədəni fəal Mehrdad Şeyxi ailəsi ilə qısa telefon əlaqəsində Ərdəbil irqçi fars rejimin ETTELAAT İdarəsinin təcridxanasında saxlandığını xəbər verib.

Məhkəmədən oğurlanaraq yoxa çıxmış azərbaycanlı fəal yanvarın 13-də ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq rejimin ETTELAAT İdarəsinin təcridxanasına aparıldığını bildirib. O ailəsinə tapşırıb ki, şəxsi avtomobilini təhvil almaq üçün Ərdəbilin Zərnas şəhərciyində yerləşən məhkəmə orqanına müraciət etsinlər.

Mehrdad Şeyxinin ailəsi onun saxlanmasının səbəbini soruşub. Lakin məmurlar ona telefonda cavab verməyinə imkan verməyib, telefon əlaqəsini kəsiblər. Fəalın nə səbəbdən saxlandığı məlum deyil.

Qeyd edək ki, Ərdəbil sakini olan fəal yanvarın 8-də hakim Məhdəvinin sədrliyi ilə keçirilən məhkəmə prosesində iştirak etmək üçün irqçi fars rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciət edib. Lakin məhkəmə başa çatdıqdan sonra fəal rejimin məmurları tərəfindən oğurlanmışdır.

Fəalın ailəsi əlaqədar qurumlara Mehrdad Şeyxinin harada olması ilə bağlı müraciətlərinə də cavab verilməmişdir.

Azərbaycanlı fəal Mehrdad Şeyxi 2019-cu il noyabrın 20-də Ərdəbildə atasının evində rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdı. O 11 gün rejimin ETTELAAT İdarəsinin təcridxanasında saxlandıqdan sonra 30 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Sayın Mikayil bəy Oyta və Sara xanım Azərsun Sidneydə Türkiyənin Çanaqqalada qələbəsi ilə bağlı Atatürkün abidəsinə gül çələngi qoydular-Şəkil

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bu gün Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) …

Bir cavab yazın