Cümə axşamı , Aprel 18 2024
azfa

Azərbaycanlı fəal Meysəm Colaninin apelyasiya məhkəməsi keçiriləcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal Meysəm Colaninin  apelyasiya şikayətinə rejimin Ərdəbildə yerləşən 2-ci Cəza Məhkəməsinin 102-ci şöbəsində kçiriləcək.

Göndərilən çağırış vərəqəsinə əsas, fəal iyunun 30-da səhər saatlarında məhkəmədə olmalıdır.

Qeyd edək ki, irqçi fars rejim azərbaycanlı fəalı “İğtişaş yaratmaqla ictimai asayişi pozmaq”da günahlandırıb. Rejimin Ərdəbildəki 2-ci Cəza Məhkəməsinin 102-ci şöbəsi fəalı qiyabı şəkildə mühakimə edərək 6 ay həbs və 74 şallaq cəzasına məhkum etmişdir.

Azərbaycanlı fəal isə iyunun 15-də məhkəmənin çıxardığı qərarla bağlı Apelyasiya Məhkəməsinə şikayət etmişdir. 

Ərdəbil sakini olan Meysəm Colani 2019-cu ilin noyabr ayında benzinin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlar zamanı onlarla azərbaycanlı fəalla birlikdə yaxalanmışdı. O, bir müddət saxlandıqdan sonra zaminə buraxılmışdır.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın