Cümə , Aprel 19 2024
azfa

Azərbaycanlı fəal Rəhim Qulaminin apelyasiya məhkəməsi keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, avqust ayının 27-də azərbaycanlı milli-mədəni fəal, şair və yazıçı Rəhim Qulaminin rejimin Ərdəbildə yerləşən Apelyasiya Məhkəməsinin 1-ci şöbəsində apelyasiya məhkəməsi keçirilib.

Azərbaycanlı yazıçı şərlənərək rejimin prokurorluğunun hazırladığı iddianamədə “Sistemin əleyhinə təbliğat aparmaq”, “GAMAC Təşkilatına üzv olmaq” və “Xomeynini təhqir etmək”də ittiham olunmuşdur. Lakin onun rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsində hakim Xudadadinin sədrliyi ilə keçirilən məhkəmə iclasında birinci iki ittihamdan bəraət qazandığı, yalnız “Xomeynini təhqir etmək” ittihamı ilə 1 il həbs cəzasına məhkum edildiyi bildirilir.

Rəhim Qulami məhkəmə prosesi zamanı irəli sürülən bütün ittihamları rədd edərək məhkəməni müstəqilliyini qorumağa və rejimin təhlükəsizlik orqanlarında saxta şəkildə hazırlanan dosyedən asılı olmamağa çağırıb.

Qeyd edək ki, Rəhim Qulami iki ay müvəqqəti saxlandıqdan sonra 50 milyon tümənlik mülki vəsiqə qarşılığında aprel ayında Ərdəbil zindanından müvəqqəti zaminə buraxılıb. O həbsdə saxlandığı müddətdə müxtəlif işgəncə və təzyiqlərə məruz qalıb.

Azərbaycanlı fəal Rəhim Qulami “Yaylıq” nəşriyyatı tərəfindən çap olunan “Folklorumuzdan bir yarpaq”, “Atalar sözü” və “Folklor nağılları” əsərlərinin müəllifidir.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın