Cümə axşamı , Mart 28 2024
azfa

Azərbaycanlı fəal Rza Zareinin Təbrizdə apelyasiya məhkəməsi keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal Rza Zareinin apellyasiya məhkəməsi keçirilib.

Fəal göndərilən çağırışa uyğun olaraq oktyabrın 7-də rejimin Təbrizdə yerləşən Apellyasiya Məhkəməsinə müraciət edib.

Rejimin Apellyasiya Məhkəməsində azərbaycanlı fəala qarşı saxta şəkildə irəli sürülən “Fiziki şəxslərə məxsus lövhələri dağıtmaq”, “Sistem əleyhinə təbliğat aparmaq”, “Təhlükəsizliyi pozmaq məqsədi ilə qrup yaratmaq” və “ölkənin təhlükəsizliyi əleyhinə toplaşma” ittihamlara baxılıb.

Rza Zarei ona qarşı irəli sürülən bütün saxta ittihamları rədd edərək rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin çıxardığı hökmün ləğv edilməsini tələb edib.

Qeyd edək ki, bundan öncə irqçi fars rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsi azərbaycanlı fəalı 6 ay həbsə məhkum edib.

Azərbaycanlı fəal 2018-ci il oktyabrın 17-də “Sepah”ın təhlükəsizlik bölməsinin məmurları tərəfindən Təbrizdə yaxalanıb. O 17 gün ETTELAAT İdarəsinin təcridxanasında və 3 gün Təbrizdə Mərkəzi Zindanda saxlandıqdan sonra 50 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılıb.

Həmçinin yoxlayın

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Güney Azərbaycanda molla rejimin insan haqlarının pozmasına dair illik hesabat yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı fəallar və Abbas Lisani adına açılmış sosial …

Bir cavab yazın