Cümə , Aprel 19 2024
azfa

Azərbaycanlı fəal Salar Tahir Əfşarini özünümüdafiə mətnini məhkəməyə verildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin noyabr ayı etirazları dövründə yaxaladığı azərbaycanlı milli-mədəni fəal Salar Tahir Əfşar göndərilən çağırış vərəqəsinə əsasən şənbə günü martın 7-də məhkəməyə müraciət edərək özünümüdafiə mətnini məhkəməyə təqdim edib.

Noyabr etirazlarının qanuna uyğun olduğunu müdafiə edən fəal təhlükəsizlik orqanlarının davranışını məhkum edərək onların əməkdaşlarının etirazçılara qarşı kobud hərəkətlərini qanuna zidd adlandırıb. Azərbaycanlı fəal məhkəmənin müstəqil qərar vermədiyini tənqid edərək məhkəmə iclasının açıq keçirilməsini istəmişdir.

Azərbaycanlı fəal rejimin ETTELAAT nəmurları tərəfindən yaxalandıqdan sonra bir müddət ETTELAAT-ın təcridxanasında saxlanmış və daha sonra məhkəməyə aparılıb və barəsində 100 milyon tümənlik mülki vəsiqə qərarı çıxarılmışdır.

Salar Tahir Əfşar məhkəmədən çıxarkən Sepahın kəşfiyyat məmurları tərəfindən yaxalanıb və 5 gün sonra isə Urmiyanın mərkəzi zindanında 3 gün saxlandıqdan sonra zaminə buraxılıb.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın