Cümə axşamı , Aprel 25 2024
azfa

Azərbaycanlı fəal Ulduz Qasimiyə 1 illik həbs qərarı çıxarılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, işğalçı fars rejimin Urmiyada yerləşən İnqilab Məhkəməsi azərbaycanlı milli-mədəni fəal Ulduz Qasimi barədə çıxardığı bir illik həbs qərarını yazılı şəkildə elan edib.

Qiyabi şəkildə və yalan ittihamlarla 2018-ci il noyabr ayının 7-də çıxarılan məhkəmə qərarı dünən noyabr ayının 13-də fəalın evinə göndərilib. Azərbaycanlı fəal qərar çıxarıldığı gündən 20 gün ərzində məhkəmə qərarına apelyasiya şikayəti edə bilər.

Qeyd edək ki, azərbaycanlı fəalın məhkəməsi rejimin məhkəməsində hakim Səbirəli Çabok tərəfindən qiyabi şəkildə keçirilib. Azərbaycanlı fəal Ulduz Qasimi noyabr ayının 10-da rejimin  Urmiyada yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsinə müraciət etdiyi zaman şifahi şəkildə ona elan edilmişdi.

Azərbaycanlı fəal Güney Azərbaycanda 2006-cı il may qiyamının şəhidlərindən Fərzad Əsədpurun anım mərasimində iştirak edib, çıxış etdiyi üçün şərlənərək, “sistemin əleyhinə təbliğat aparmaq” və “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşma və sözləşmə”də ittiham olunub.

Azərbaycanlı fəal Ulduz Qasimi bu il mayın 25-də bir neçə fəalla birlikdə Sulduzda Azərbaycan milli qiyamının şəhidlərini anarkən Sulduzda yaxalanıb. Fəal və ailə üzvləri son vaxtlar həmçinin rejimin təhlükəsizlik qüvvələri tərəfindən bir neçə dəfə zəng edilərək, təhdid ediliblər.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın