Azərbaycanlı fəala İsveçdə vəzifə verildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İsveç Krallığında yaşayan Azərbaycan diasporunun tanınmış təmsilçisi, Stokholm bələdiyyəsinin dövlət qulluqçusu Leyla Kiani 5 müsahibə, imtahan, psixoloji və İQ testlərindən uğurla keçərək Stokholm şəhəri Östermalm, Norrmalm və Kunqsholm birləşmiş bələdiyyəsinin sosial şöbəsində şöbə rəisi vəzifəsinə təyin olunub.

Bu barədə diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk məlumat verib.

Leyla Kiani Sosial-Demokrat Partiyasının fəal üzvlərindəndir. O, eləcə də partiyanın xətti ilə bu il mayın 26-da İsveçdə keçiriləcək Avropa parlamentinə seçkilərdə seçki koordinatoru təyin olunub.

Həmçinin yoxlayın

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Molla rejimi Təbrizli gənc qızı ETTELAAT-a çağırdıqdan sonra o intiha edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, bir sıra insan haqları mənbələri keçmiş siyasi məhbus …

Bir cavab yazın