Cümə axşamı , Aprel 18 2024
azfa

Azərbaycanlı fəallar Əzimi Qədim və Əli Baqirinin təqsirsiz oladuğu elan edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin xüsusi ruhani məhkəməsi Əzimi Qədim və Əli Bağırini Xamneini təhqir ittihamından bəraət qazandırıb, ancaq irəli sürülən “Sistemə qarşı təbliğat aparmaq” və “Yalan məlumat yayaraq ictimai rəyi çaşdırmaq” ittihamlarından milli fəalların təqsirsiz olduğu elan edilib.

Qeyd edək ki, azərbaycanlı fəallar Əzimi Qədim və Baqiri 2017-ci il yanvarın 7-də Tehranda təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, 4 aya yaxın nəzarətdə qaralaq 400 və 200 milyon tümənlik zəmanət qarşılığında may ayında zaminə buraxılmışdılar. Milli fəalların həbsi zamanı 60 gün müddətində onların ailələri ilə görüşmələrinə izin verilməmişdi.

Ötən həftələr azərbaycanlı milli fəallar İranın özəl ruhani məhkəməsinə çağırılmışdı.

Qeyd edək ki, irqçi fars rejim həmin fəalları dəfələrlə həbs və təzyiqlərə məruz qoyub.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın