Cümə , Aprel 26 2024
azfa

Azərbaycanlı fəallar Muxtar İbrahimi və Mirmusa Ziya Gərgəri məhkəməyə çağırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı milli- mədəni fəal Muxtar İbrahimi və Mirmusa Ziya Gərgəri rejimin Marağada yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsinə çağırıb.

Azərbaycanlı fəallara oktyabrın 12-də göndərilmiş çağırış vərəqəsində onlardan 5 gün ərzində məhkəməyə gəlmələri istənilib.

Çağırış vərəqəsində Muxtar İbrahimiyə qarşı “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə dəstək, icma və ya icmaların ölkə daxilindəki şöbələrinin üzvü olmaq” və “Sistem əleyhinə təbliğat” ittihamları irəli sürülüb.

Buna baxmayaraq azərbaycanlı fəal bu gün Marağada rejimin ETTELAAT İdarəsinin məmurları tərəfindən yaxalanaraq həbsxanaya salınıb.

Məmurlar daha sonra Muxtar İbrahiminin evinə hücum edərək, onun şəxsi əşyalarını müsadirə etmişlər.

Azərbaycanlı fəal Mirmusa Ziya Gərgəri isə sentiyabr ayının 16-da rejimin Sulduzda yerləşən ETTELAAT İdarəsinin məmurları tərəfindən yaxalanmışdır.

Sulduz sakini olan azərbaycanlı fəal rejimin Mrağada yerləşən zindanına köçürüləndən sonra oktyabrın 7-də 100 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın