Çərşənbə , Aprel 24 2024
azfa

Azərbaycanlı fəallar Saleh Molla Abbasi və Süleyman Kazimi zindanda aclıq aksiyasına başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, rejimin həbs etdiyi azərbaycanlı fəallar Saleh Molla Abbasi və Süleyman Kazimi rejimin Əhərdə yerləşən zindanında aclıq aksiyasına başlayıblar

Məlumata görə, rejimin Əhərdə yerləşən zindanında adi məhbuslardan bir neçəsi koronavirusa tutulub və karantinə köçürülüblər.

Azərbaycanlı fəallar siyasi məhbusların adi məhbuslardan ayrılması və saxlanma yerinin dəyişməsini tələb ediblər. Lakin bu haqlı tələbi yerinə yetirmək yerinə onları vəhşicəsinə işgəncə edirlər. Fəallar isə buna etiraz olaraq aclıq aksiyasına başlayıblar.

Qeyd edək ki, adları çəkilən azərbaycanlı fəallar irqçi fars rejimin Teleradio Şirkətinin türkləri təhqir edən Fitilə proqramına etiraz etdikləri üçün yaxalanmışlar. Nəticədə Saleh Molla Abbasi 10 ay və Süleyman Kazimi 7 ay həbsə məhkum edilib.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın