Azərbaycanlı fəallar sürgündən yenicə buraxılan Siyamək Mirzainin görüşünə getdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehran sakini olan azərbaycanlı milli-mədəni fəallar sürgündən yenicə buraxılan Siyamək Mirzainin görüşünə gediblər.

görüş noyabrın 6-da Tehranda baş tutub.

Tehranın Evin zindanında həbs müddətini sona çatdıqdan sonra iyulun 28-dən Qain şəhərinə sürgünə göndərilən azərbaycanlı fəal Siyamək Mirzai saxlandığından 40 ay sonra ilk dəfə məzuniyyətə buraxılıb.

Oktyabrın 28-də Ərdəbil şəhərinə gələn Siyamək Mirzai çox sayda azərbaycanlı milli-mədəni fəal tərəfindən qarşılanmışdır, o sonra ailəsinin yaşadığı Muğan şəhərinə getmişdir.

Qeyd edək ki, irqçi fars rejim azərbaycanlı fəalı yalnız Azərbaycan millətinin hüquqlarından müdafiə etdiyi üçün həbs və sürgünə məruz qoyub.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın