Azərbaycanlı fəallar Urmiya və Salmasda təbiət günündə əhaliyə Ana dili kitabı paylayıblar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya və Salmas şəhərlərində dünən təbiət günü münasibəti ilə azərbaycanlı fəallar əhaliyə çox sayda Ana dili kitabı paylayıblar.

Fəallar həmin şəhərlərdə mart ayının 2-də 3 cilddə Azərbaycan türkcəsinin qaramatikasından ibarət olan Ana dili kitabını Urmiyə və Salmas şəhərlərində əhali, xüsusilə uşaqlar arasında parlayıblar. Kitabların müəllifi Behzad Behzadi və Həsən Riyazi İldırımdır. Bununla da azərbaycanlı fəallar əhalini irqçi fars rejimi tərəfindən qadağan edilmiş Azərbaycan türkcəsini yazılı şəkildə öyrənməyə həvəsləndirməyə çalışmışlar.

Ana dili kitabını əhali arasında paylama mərasimindən sonra fəallar ətraf mühiti zibillərdən təmizləmişlər.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın