Cümə , Aprel 19 2024
azfa

Azərbaycanlı fəallar Yusif Sələhşur və Davud Mahmudi zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən 2019-cu il mayın 12-də azərbaycanlı fəallar Yusif Sələşur və Davud Mahmudi 80 milyonluq mülki vəsiqə qarşılığında rejimin Təbrizdə yerləşən zindanından zaminə buraxılıb.

Qeyd edək ki, azərbaycanlı fəalların məhkəmə iclası mayın 8-də rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 12-ci şöbəsində keçirilib. Rejim onların şərləyərək, “ümumi nizam-intizamı pozmaq və təhlükəsizlik qüvvələri ilə qarşıdurma yaratmaq”da ittiham edib.

Rejimin təhlükəsizlik orqanlarının təzyiqi ilə əvvəlcə çıxarılan 50 milyon tümənlik mülki vəsiqə qərarı 80 milyon tümənlik vəsiqəyə dəyişdirilib. Bundan sonra fəallar rejimin Təbrizdə yerləşən zindanının qarantin bölməsinə salınmışdılar.

Həmin fəallar bir neçə digər fəalla birlikdə martın 1-də Təbrizdə “Traxtur” futbol komandasının yarışından sonra rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdılar. Buna səbəb işğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın Xocalı soyqırımının ildönümündə Tehrana səfəri və ermənilərlə görüşü zamanı “Qarabağ bizimdir, vəssalam” plakatının qaldırılmasına edilən etirazlar olmuşdur.

Həmçinin yoxlayın

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Rafael Qrossi İranın nüvə silahı yaratmağa çox yaxınlaşdığını deyir

GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Vyanada Almaniyanın ARD dövlət televiziyasına …

Bir cavab yazın