Şənbə , Aprel 20 2024
azfa

Azərbaycanlı kinematoqrafçılar Qarabağın azadlığına dəstək bəyanatı yaydılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda azərbaycanlı kinematoqrafçılar Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləməklə Qarabağın azadlığına dəstək bəyanatı yayıblar.

Bəyanatda deyilir: QARABAĞIN İŞĞALINA SON QOYUN!

Əziz vətəndaşlar!

İranın başıuca və azadlıqsevər xalqı!

Bildiyiniz kimi, dost və qonşu Azərbaycan ölkəsi, müstəqillikdən sonra, 90-cı illərin əvvəllərində, qonşu Ermənistan ölkəsinin təcavüzü və işğalçılığına, bu təcavüz nəticəsində, dağlıq Qarabağ bölgəsindən əlavə 7 rayonunun işğal edilməsinə məruz qaldı, minlərlə müsəlman bacı qardaşlarımız, toqquşmalarda, Xocalı soyqırımı kimi, qətliamlarda şəhid oldu, bir milyondan çox azərbaycanlı isə öz doğma yurdundan didərgin düşdü.

O hadisələrdən ötən son 27 il ərzində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən Ermənistanı Azərbaycan torpaqlarının işğalına son qoymağa və tanınmış beynəlxalq sərhədlərə qayıtmağa çağıran 4 qətnamənin qəbul olunmasına rəğmən, Ermənistan və onun tabeliyində olan silahlı qruplar, bəzi ölkələrin o cümlədən qərb ölkələrinin himayəsinə arxalanaraq, bu qətnamələrə məhəl qoymur və bu böyük zülm və ədalətsizliyi davam etdirir.

Biz İranın Azərbaycanlı kinematoqrafçıları, İranın digər ədalətsevər və haqsevər xalq kütlələri və bütün azadə və vicdanlı insanlar, xüsusiylə Azərbaycan vilayətlərinin möhtərəm imam cümələri və bəzi millət vəkilləri, ədliyyə vəkilləri və digərləri ilə birlikdə Azərbaycanlı müsəlman bacı qardaşlarımızın və Azərbaycanın qəhrəman ordusunun işğal olunmuş əraziləri geri qaytarmaq əzmini dəstəklədiyimizi bildirir və bu qürurverici döyüşün şəhidlərinin xatirəsini yüksək tutaraq, yaralılara tezliklə şəfa diləyir, işğala son qoyulmasını arzulayır, Qarabağın azad edilməsindən sonra davamlı və ədalətli sülhün uğrunda danışıqların aparılmasını istəyirik”. Qeyd edək ki, İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın