Cümə , Aprel 19 2024
azfa

Azərbaycanlı məhbuslar Cəfər və Milad İsməilzadə 3 günlük məzuniyyətə buraxıldılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin şərləyərək həbs etdiyi ata və oğul- Cəfər və oğlu Milad İsməilzadə rejimin Təbrizdə yerləşən zindaından 3 günlük məzuniyyətə buraxılıblar.

Təbrizin mərkəzi zindanının 12-ci bölməsində saxlanılan azərbaycanlı milli fəallar iyulun 9-da məzuniyyətə buraxılıblar.

Qeyd edək ki, azərbaycanlı milli fəallar Cəfər və Milad İsməilzadə iyunun 6-da rejimin Təbrizdə yerləşən məhkəməsinin hökmləri icra edən şöbəsinə çağırılaraq, barələrində çıxarılmış 6 ay həbs müddətini çəkmək üçün Təbrizin Mərkəzi zindanına köçürülmüşlər. Ata və oğul azərbaycanlı fəallar Azərbaycan türk millətinin hüquqları uğrunda çalışdıqları üçün rejim tərəfindən şərlənib həbsə atılıblar.

Həmçinin yoxlayın

Molla rejimin həbs etdiyi tanınmış azərbaycanlı fəal Pərviz Siyabini məzuniyyətə göndərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi həbs etdiyi Güney Azərbaycan Milli …

İsrail İranda bir sıra hədəfləri vurub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İsrail İsfahanda İranın nüvə proqramı ilə əlaqəli obyektlərdən, …

Bir cavab yazın