Cümə axşamı , Mart 28 2024
azfa

Azərbaycanlı millət vəkili bukanlı millət vəkilinin terroru dəstəkləməsini pislədi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin kürd terror qruplaşmalarının məclisinə çevrilib terrora dəstək nümayişi Azərbaycanlı millət vəkilləri, o cümlədən Ruhulla Həzrətpur və Qazipurun da etirazına səbəb olub.

Güney Azərbaycanın Urmiya şəhərindəm millət vəkili Ruhulla Həzrətpur xüsusilə bukanlı millət vəklilinin kürd terroruna dəstək nümayişini kəskin qınayaraq, Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi antiterror əməliyyatına dəstək verib.

O deyib: “Biz Dünyanın istənilən nöqtəsində hərhansı ölkə terrorizmə qarşı həqiqi mübarizə apararsa, ona dəstək veririk. Bəzi şəxslər bir neçə gündür məclisdə yaxasını cırır! Siz bu günə qədər neçə dəfə İran sərhədlərində terrorçuların şəhid etdikləri şəxslərlə bağlı bəyanat verib və ya çıxış edibsiniz?! Mən 6 aylıq olduğum zaman atam elə bu terrorçular tərəfindən şəhid edilib. Kürd terrorçular onun pak cəsədini parça-parça edilmişdir. Ona görə də mənim üçün terrorçunun izahı çox aydındır”.

Azərbaycanlı millət vəkili Ruhulla Həzrətpur sözlərinin sonunda vurğulayıb ki, bəzilərinin davranışları bir neçə gündür ki, şəhid ailələrinin ürəyini ağrıdır.

Qeyd edək ki, irqçi fars rejimin təşkilatçılığı ilə rejimin məclisi kürd terror qruplaşmalarının məclisinə çevrilib və hətta rejimin birbaşa himayəsi ilə günlərdir müxtəlif şəhərlərdə terror qruplaşmalarına dəstək aksiyaları keçirilir.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın