Cümə , Aprel 19 2024
azfa

Azərbaycanlı milli fəal Musa Ziya Gərgəri zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli- mədəni fəal Musa Ziya Gərgəri 100 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılıb.

Qeyd edək ki, azərbaycanlı fəal cari ilin sentyabr ayının 16-də Sulduzda öz mənzilində həbs edilmişdi.

İrqçi fars rejimin təhlükəsizlik qüvvələri Musa Ziya Gərgərini həbs etdikdən sonra, evində axtarış aparmış, onun mobil telefonu və şəxsi əşyalarını müsadirə edərək özləri ilə aparmışdılar.

Məmurlar daha sonra fəalın iş yerində də təftiş apararaq, onun komputerini müsadirə etmişdilər.

Musa Ziya Gərgəri oktyabrın 5-də isə Marağa zindanına köçürülmüşdü.

Həmçinin yoxlayın

Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror təşkilatları siyahısına əlavə etmək istəyirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror …

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Bir cavab yazın