Şənbə , Aprel 20 2024
azfa

Azərbaycanlı milli-mədəni fəal dr. Camal Musəvinəjad azadlığa çıxıb

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, dünən 2019-cu il fevralın 14-də azərbaycanlı milli-mədəni fəal dr.Camal Musəvinəjad rejimin Sarab şəhərində yerləşən zindanından azadlığa çıxıb.

Azərbaycanlı fəal 1 illik həbs cəzasının təxminən 6 ayını çəkdikdən sonra azadlığa buraxılıb. Fəal həbs cəzası 1 ildən az olan məhkumlara tətbiq olunan əfv qərarına əsasən sərbəst buraxılıb.

Qeyd edək ki, dr.Camal Musəvinəjad 2018-ci il avqustun 25-də işğalçı fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən öz iş yerində yaxalanaraq 1 illik həbs cəzasını çəkmək üçün həbsxanaya köçürülmüşdür.

Azərbaycanlı fəal “Sarablı” adlı Teleqram kanalındakı fəaliyyətinə görə “sistemin əleyhinə təbliğat aparmaq”da ittiham edilərək, 1 il həbs cəzasına məhkum edilib. Hökm Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 26-cı şöbəsi tərəfindən olduğu kimi qüvvədə saxlanılmışdır.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın