Cümə , Aprel 19 2024
azfa

Azərbaycanlı siyasi məhbus Abbas Lisaninin qardaşı vəfat edib

Azərbaycanlı siyasi məhbus Abbas Lisaninin qardaşı vəfat edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi azərbaycanlı siyasi məhbus Abbas Lisaninin qardaşı Əkbər Lisani ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, Əkbər Lisani İran ordusunun zabitlərindən olub. Mərhum, Azərbaycan türklərinin milli hüququ uğrundakı mübarizəni dəstəklədiyi, eləcə də Abbas Lisani ilə yaxın münasibətinə görə uzun illər ordunun kəşfiyyat idarəsi tərəfindən təzyiqlərə məruz qalmışdı.

İrqçi fars rejimin Abbas Lisaninin qardaşının yas mərasimində iştirakı üçün məzuniyyətə buraxılmasına icazə verib-verməyəcəyi hələlik bilinmir.

Koronavirus infeksiyasının zindanlarda geniş yayılmasına Abbas Lisani hələ də məzuniyyətə buraxılmayıb.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın