Çərşənbə axşamı , Aprel 16 2024
azfa

Azərbaycanlı siyasi məhbus Lətif Həsəninin həyat yoldaşı iş hüququndan məhrum edilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin diktəsilə azərbaycanlı siyasi məhbus Lətif Həsəninin həyat yoldaşı Əzəm Piri işlədiyi müəssisədə həyat yoldaşının siyasi məhbus olduğuna görə iş hüququndan məhrum edilir.

Zavodun müdiri rejimin göstərişi ilə Əzəm Pirini əmək haqqından məhrum etməklə hədələyib.

Əzəm Piri bu barədə yazıb:

“Zavodun müdiri cənab İsmayılı mənə problem yarada biləcəyini bildirdi. O həmçinin məni hədələyərək dedi ki, həm əmək haqqını ödəməyəcək, həm də bunu siyasi məhbusun xanımı olduğumu və zavodda siyasi fəaliyyət göstərdiyi açıqlayacaq”.

Qeyd edək ki, azərbaycanlı siyasi məhbus Lətif Həsəni hazırda Kərəcin Rəcayişəhr zindanında 9 illik həbs cəzasını çəkməkdədir.

İrqçi fars rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 3-cü şöbəsi 2013-cü il aprelin 29-da Lətif Həsəni, Ayət (Yürüş) Mehrəlibəyli, Şəhram Radmehr, Mahmud Fəzli və Behbud Qulizadəni “Qanunsuz qrup yaratmaq” ittihamı ilə 8 il və “Sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə 1 il həbs cəzasına məhkum edib. Ümumilikdə fəalların hər biri 9 il həbsə məhkum edilmişdir. Həmin fəallar həbs cəzalarının bir hissəsini çəkdikdən sonra şərti azadlığa çıxıblar. Lakin Lətif Həsəni hələ də həbsdədir..

Həmçinin yoxlayın

On yeddi yaşlı yeniyetmə Vahid Əsğərinin qeyri-müəyyən vəziyyətdə həbsi davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Səhənd şəhərində yaşayan 17 yaşlı məktəbli Vahid Əsğəri …

Qadınlar molla rejimin hicab zorakılığına qarşı dirənməyə davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, molla rejimi yenidən qadınlara məcburi hicaba görə vəhşilik …

Bir cavab yazın