Azərbaycanlı siyasi məhbus Saleh Mollaabbasi 5 günlük müalicə üçün məzuniyyətə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi azərbaycanlı siyasi məhbus Saleh Mollaabbasi 5 günlük müalicə üçün məzuniyyətə buraxıldı.

Azərbaycanlı siyasi məhbusun zindanda qan təzyiqindən ciddi şəkildə əziyyət çəkdiyi və vəziyyətinin ağır olması ilə bağlı müalicə üçün məzuniyyətə göndərildiyi bildirilir.

Qeyd edək ki, azərbaycanlı siyasi məhbus Saleh Mollaabbasi irqçi fars rejimin televiziyasının Azərbaycan türklərini təhqir etməsinə etiraz etdiyi üçün rejimin məhkəməsi tərəfindən 10 ay həbsə məhkum edilib və hazırda həbs müddətini zindanda keçirməkdədir.

Həmçinin yoxlayın

Zərşuran kəndində əhali etiraza qalxıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Qərbi Azərbaycan əyalətinin Zərşuran kəndində azərbaycanlı əhali martın …

İran Araz çayının radiasiya ilə çirklənməsini inkar edir

GADTB: “Arsheh Online” saytı xəbər verir ki, Araz çayı çirklənib və Ərdəbil əyalətin xərçəng xəstəliyinə …

Bir cavab yazın