Şənbə , Aprel 20 2024
azfa

Azərbaycanlı siyasi məhbus Siyamək Mirzai Prokurorluğa çağrıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim 3 illik həbs müddəti qurtarmaqda olan və hazırda Evin zindanında həbsdə olan Siyamək Mirzaini Prokurorluğa çağırdı.

Bununla bağlı bu gün fəal prokurorluğa müraciət etməlidir. Fəalın yaxınlarının bildirdiyinə görə, rejimin həmin siyasi məhbusu yenidən prokurorluğa çağırması həbs müddəti sona çatmaqda olan fəala qarşı 1 illik Təbəsə sürgün məsələsi ilə bağlı ola bilər.

Qeyd edək ki, azərbaycanlı siyasi məhbus Siyamək Mirzai Azərbaycan türk millətinin pozulan hüquqlarını müdafiə etdiyi üçün irqçi fars rejim tərəfindən həbs edilmişdir. O həbs müddətində də qanunsuz olaraq məzuniyyətə buraxılmamışdır.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın