Cümə axşamı , Mart 28 2024
azfa

Azərbaycanlı siyasi məhbusların İranda saxlanma şəraiti pisləşib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan İnsan Haqları Cəmiyyətinin (Ərk) müdiri Jalə Təbrizli Amerikanın Səsi ilə müsahibədə azərbaycanlı siyasi məhbuslarının  İranda saxlama şəraitinin daha da pisləşdiyini bildirib.

Jalə Təbrizli qeyd edib ki, son vaxtlar milli fəallara uzun müddətli həbs qərarları verilir ki, bu da İranda baş verən ciddi siyasi, iqtisadi və ictimai dəyişiklərlə bağlıdır. O deyib: “Şərait ümumiyyətlə İranda dəyişilib. Rejim bir tərəfdən beynəlxalq toplumun basqısı altındadır. Digər tərəfdən də ölkənin iqtisadi durumuna baxanda vəziyyət fəlakət həddindədir. İctimai və siyasi sahələrdə də acınacaqlı vəziyyət mövcuddur. Biz görürük ki, İranda korrupsiya necə çoxalır. Bunun nəticəsində rejim özünü təhlükədə görür”.

Təbrizlinin sözlərinə görə, “ölkədə etiraz aksiyaları gündən günə çoxalır və ümumiləşir. Əhali ayıldıqca onların qarşısını almaq üçün həbsxanaları doldururlar. Hazırda zindanlarda fiziki və ruhi işgəncə altında olan insanların bir çoxu belə etirazlara rəhbərlik edə bilərlər. Mənim fikrimcə hakimiyyət bu vəziyyətə çox davam etdirə bilməyəcək”.

Təbrizli İranın bəzi zindanlarında Covid-19 virusunun aşkarlanmasına diqqət çəkərək deyib ki, “zindanların şəraiti pisdir. Sağlamlıq və gigiyena, eləcə də yemək və qidalanma problemləri var. zindanların bölmələri doludur və oraya çox sayda məhbus doldurublar. Əlavə olaraq zindanlarda aclıq aksiyaları davam edir. Biz zindanların vəziyyətinin nə qədər pis olduğunu Əlirza Fərşinin yazdığı məktubda görürük.”

 Təbrizli həmçinin deyib: “Evin zindanında, Ərdəbil, Təbriz, Xoy, Urmiya, Qoşaçayda, Əhər zindanında məhbuslar var. Artıq hər yerdən həbsdə olan milli fəallarımız var. Urmiyada qadın məhbuslar aclıq aksiyası keçiriblər. Çünki orada koronavirus vardır və virusa yoluxanları digər məhbuslarla bir yerdə saxlayırlar”.

Jalə Təbrizli hazırda İranın müxtəlif zindanlarda saxlanılan milli fəalları bir neçə qrupa ayırır: “Həbsdə olanların bir sırası, Dr.Lətif Həsəni və Abbas bəy Lisani və ya Səhənd Məali kimi, bunlar, müxtəlif milli fəaliyyətləri üçün tutulublar… Amma bir də o qruplar var ki, misal üçün ana dili məsələsi ilə bağlı yaxalanıb. 2019 noyabr etirazlarında tutulanlar var. Dördüncü qrup da Qarabağla əlaqədardır ki, kiçik mitinqlər olmuşdu şəhərlərdə, orada tutulanlardır. Əlbəttə onlar azad olublar amma müvəqqəti olaraq, mülki zəmanətlə buraxılıblar və hələ mühakimə edilməyiblər”.

Həmçinin yoxlayın

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Güney Azərbaycanda molla rejimin insan haqlarının pozmasına dair illik hesabat yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı fəallar və Abbas Lisani adına açılmış sosial …

Bir cavab yazın