Cümə axşamı , Aprel 25 2024
azfa

Azərbaycanlı vəkil Məhəmməd Güneyli altıncı dəfə rejim tərəfindən mühkimə edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  irqçi fars rejim yanvarın 30-da azərbaycanlı vəkil və fəal Məhəmməd Güneyli altıncı dəfə rejim tərəfindən mühkimə edib.

Məhkəmədə azərbaycanlı fəala qarşı irəli sürülən “Özünü dövlət məmuru kimi təqdim edən səlahiyyətsiz şəxslərə gizli məlumat vermək” və “Düşmən ölkələrlə əlaqə qurmaq və əməkdaşlıq etmək” ittihamlarına baxılıb.

Fəal rejimin terrorçu Sepah təşkilatı tərəfindən şərlənib və məhkəmə prosesində də prokurorluq və sepahın nümayəndələri iştirak edib.

Məhəmməd Güneylinin vəkili Məcid Kuhpaye deyib ki, bu günədək irəli sürülən ittihamların heç birini sübuta yetirən heç bir sənəd məhkəməyə təqdim olunmayıb və biz Cinayət Prosessual Məcəlləsinin 37-ci maddəsini əsas götürərək fəala qarşı irəli sürülən ittihamları sübut edən sənədlərin təqdim olunmasını tələb edirik. Yoxsa Məhəmməd Güneyli qeyd-şərtsiz azadlığa buraxılmalıdır.

Qeyd edək ki, irqçi fars rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsinin rəisi hakim Ehrari 2019-cu il dekabrın 17-də ikinci məhkəmə iclasının sonunda azərbaycanlı fəalı şərləyərək “virtual məkanda yalan məlumat yaymaq və millətçilik zəminində materiallar paylaşmaqla sistemin əleyhinə təbliğat aparmaq”da ittiham edib və onu 6 ay həbsə məhkum edib.

Fəala qarşı yalan ittihamlara irəli sürülən “rejimə düşmən olan dövlətlərlə əlaqə qurmaq və əməkdaşlıq etmək”, eləcə də “səlahiyyəti olmayan şəxslərə gizli məlumatlar vermək” ittihamların da qüvvədə olduğu bildirib. Bu ittihamlarla bağlı fəalın 5-ci məhkəmə iclası yaxın zamanda həyata keçiriləcəyi bildirilir.

Azərbaycanlı vəkil Zəhra Nəvidpurun şübhəli ölümü ilə bağlı məhkəmə işini üzərinə götürmək üçün araşdırma apardığı zaman 2019-cu il yanvarın 24-də terrorçu Sepahın kəşfiyyat məmurları tərəfindən yaxalanmışdır. 11 ay işgəncələr altında saxlanılan azərbaycanlı vəkil 2019-cu il noyabrın 16-da 850 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılmışdır.

Rejim həmçinin azərbaycanlı vəkilin vəkillik lisenziyasını da ləğv edib.

Həmçinin yoxlayın

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …

Molla rejimi pulsuz bilet bəhanəsi ilə Traxtur komandslnl cərimələndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən İranın Futbol Federasiyasının İntizam Komitəsi Güney Azərbaycanın …

Bir cavab yazın