Şənbə , Aprel 20 2024
azfa

Azərbaycanlı vəkil və fəal Məhəmməd Güneylinin sonuncu məhkəmə iclası keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin şərlədiyi azərbaycanlı milli-mədəni fəal və vəkil Məhəmməd Güneylinin sonuncu məhkəmə iclası rejiminTəbrizdə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsində keçirildi.

Fevralın 23-də baş tutan 8-ci məhkəmə iclasında rejimin azərbaycanlı fəalı şərləyərək ona qarşı isrəli sürdüyü “Özünü dövlət məmuru kimi təqdim edən səlahiyyətsiz şəxslərə gizli məlumat vermək” və “Düşmən ölkələrlə əlaqə yaratmaq və əməkdaşlıq etmək” ittihamlara baxılıb.

Məhəmməd Güneyli ilə birlikdə onun vəkili, eləcə də prokurorluq və terrorçu Sepahın kəşfiyyat bölməsinin nümayəndlərinin iştirak etdiyi məhkəmə prosesində fəal irəli sürülən bütün ittihamları rədd edərək məhkəməni Sepahın kəşfiyyat bölməsinin uydurduğu dosye əsasında qərar çıxarmamağa çağırıb.

Fəalın vəkili Məcid Kuhpayə irəli sürülən ittihamları sübut edən heç bir dəlil və sənədin təqdim olunmadığını qeyd edərək bildirib ki, Sepahdan fərqli olaraq hətta Şərqi Azərbaycanda ETTELAAT İdarəsinin Məhəmməd Güneylini casus kimi tanımadığını bildirib.

Azərbaycanlı vəkilə qarşı prokurorluq tərəfindən hazırlanan saxta iddianamədə “hökumətə müxalif olan qrupların xeyirinə sistemin əleyhinə təbliğat aparmaq və virtual məkanda sistem əleyhinə yalan məlumat yaymaqla milli təhlükəsizliyi pozmağa cəhd götərmək”, “müəyyən rəsmi məlumatları səlahiyyəti olmayan şəxslərə vermək” və “sistem əleyhinə düşmən dövlətlərə casusluq etmək” ittihamlarla qarşılaşıb.

Qeyd edək ki, irqçi fars rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinin 2-ci şöbəsinin rəisi hakim Ehrari 2019-cu il dekabrın 17-də ikinci məhkəmə iclasının sonunda azərbaycanlı fəalı şərləyərək “virtual məkanda yalan məlumat yaymaq və millətçilik zəminində materiallar paylaşmaqla sistemin əleyhinə təbliğat aparmaq”da ittiham edib və onu 6 ay həbsə məhkum etmişdir.

Fəala qarşı yalan ittihamlara irəli sürülən “rejimə düşmən olan dövlətlərlə əlaqə qurmaq və əməkdaşlıq etmək”, eləcə də “səlahiyyəti olmayan şəxslərə gizli məlumatlar vermək” ittihamların da qüvvədə olduğu bildirib. Bu ittihamlarla bağlı fəalın 5-ci məhkəmə iclası yaxın zamanda həyata keçiriləcəyi bildirilir.

Azərbaycanlı vəkil Zəhra Nəvidpurun şübhəli ölümü ilə bağlı məhkəmə işini üzərinə götürmək üçün araşdırma apardığı zaman 2019-cu il yanvarın 24-də terrorçu Sepahın kəşfiyyat məmurları tərəfindən yaxalanmışdır. 11 ay işgəncələr altında saxlanılan azərbaycanlı vəkil 2019-cu il noyabrın 16-da 850 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılmışdır.

Rejim həmçinin azərbaycanlı vəkilin vəkillik lisenziyasını da ləğv edib.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın