Cümə , Aprel 19 2024
azfa

Azadlıq qəhrəmanlarına poster hazırlamaqla azərbaycanlı fəallara azadlıq tələb edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda həbsdə saxlanılan üç azərbaycanlı milli-mədəni fəala azadlıq tələbilə ictimai şəbəkələrdə posterlər hazılanıb paylaşılıb.

Posterdə həbsdə saxlanılan azərbaycanlı fəallar Lətif Həsəni, Abbas Lisani və Tövhid Əmir Əmininin şəkilləri əks etdirilməklə “FREE ALL POLITICAL AZERBAIJAN’S  PRISONERS” (Azərbaycanın bütün siyasi məhbusları azad edin) şüarı yazılıb.

Qeyd edək ki, adları fəallar koronavirus infeksiyasının geniş yayılmasına baxmayaraq hələ də həbsdə saxlanılırlar.

Azərbaycanlı fəal Lətif Həsəni hazırda Kərəcin Rəcayişəhr zindanında 9 illik həbs cəzasını çəkməkdədir. O rejim tərəfindən 2013-cü il aprelin 29-da qanunsuz qrup yaratmaq ittihamı ilə 8 il və sistemin əleyhinə təbliğ ittihamı ilə 1 il həbs cəzasına məhkum edib. Azərbaycanlı siyasi məhbus qanuni hüquqlarından məhrum edilib və 8 ildir ki, zindanda saxlanılır. Fəalın şərti azadlığa buraxılması da təmin edilmir.

Ərdəbil zindanının 7-ci bölməsində saxlanılan tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani əsassız ittihamlar, o cümlədən,  qanunsuz qrup yaratmaq və idarə etməkdə günahlandırılaraq 15 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Tövhid Əmir Əmini Beynəlxalq Ana Dili günü münasibəti ilə təbrik posterləri payladığına üçün 2019-cu il fevralın 20-də Tehranda yaxalanıl. Fəal bəyənilən hərəkətinə görə milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaqda günahlandırılaraq 7.5 il azadlıqdan məhrum edilib. Rejim milli fəalın məzuniyyətə buraxılmasına icazə vermir.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …

Bir cavab yazın